BAKI,AzerVoice
Milli Məclis “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”ni ratifikasiya edib.
AzerVoice xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiqlənib.
Məlumat üçün bildirək ki, rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında rəqəmsal iqtisadiyyat və elektron ticarət sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə imzalanmış beynəlxalq sənəddir. Saziş 6 noyabr 2024-cü il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən TDT-nin 11-ci Zirvə Görüşündə imzalanıb. Sənədin tərəfləri TDT-nin bütün üzv dövlətləridir - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan hökumətləri.
Sazişin məqsədi üzv ölkələr arasında rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək, elektron ticarət və rəqəmsal xidmətləri asanlaşdırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək və biznes mühiti üçün daha əlverişli şərait yaratmaqdır. Ümumilikdə saziş türk dünyasında rəqəmsal inteqrasiyanı artırmaq və texnoloji əməkdaşlığı genişləndirmək üçün strateji bir addımdır.
Saziş çərçivəsində tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq etməyi öhdəsinə götürürlər:
Elektron ticarətin inkişafı - Üzv dövlətlər arasında rəqəmsal
ticarətin genişləndirilməsi, elektron bazarların yaradılması və
e-ticaret sahəsində tənzimləyici çərçivənin uyğunlaşdırılması;
Gömrük və logistika - Sərhədlərarası ticarət proseslərinin
sürətləndirilməsi, ekspres yük daşımalarının asanlaşdınıması və
rəqəmsal ticarət üçün gömrük prosedurlarının
optimallaşdırılması;
Maliyyə texnologiyaları və rəqəmsal ödənişlər - FinTech sahəsində
əməkdaşlıq, elektron ödəniş sistemlərinin inteqrasiyası və yeni
rəqəmsal maliyyə xidmətlərinin inkişaf etdirilməsi;
Kiçik və orta biznesin dəstəklənməsi - KOB-ların rəqəmsal bazara
çıxışını asanlaşdırmaq, onların onlayn ticarət imkanlarını
genişləndirmək və bizneslərin rəqəmsallaşmasını sürətləndirmək;
İstehlakçı hüquqlarının qorunması - Elektron ticarət sahəsində
istehlakçıların hüquqlanını müdafiə etmək, fırıldaqçılığın və
yalançı reklamlaın qarşısını almaq, istehlakçı məlumatlannın
qorunmasını təmin etmək;
Kibertəhlükəsizlik və məlumat mübadiləsi - Rəqəmsal infrastrukturun
təhlükəsizliyini artırmaq, kibertəhlükəsizlik sahəsində əməkdaşlığı
genişləndirmək və məlumatlann qorunması üçün ortaq standartlar
müəyyənləşdirmək;
Elektron imzalar və hüquqi uyğunlaşma - Rəqəmsal sənədlərin və
elektron imzaların üzv dövlətlər arasında qarşılıqlı tanınmasını
təmin etmək və hüquqi bazanı uyğunlaşdırmaq.