Əsas səhifə » Müsəlmanlar 2030-cu ildə Ramazanı iki dəfə qeyd edəcəklər

Müsəlmanlar 2030-cu ildə Ramazanı iki dəfə qeyd edəcəklər

Bakı, AzerVoice

Birinci Ramazan 2030-cu il yanvarın 5-də başlayacaq və eyni ildə başa çatacaq, ikincisi isə 26 dekabr 2030-cu ildə başlayıb 2031-ci ildə başa çatacaq.

AzerVoice xəbər verir ki, Türkiyə Diyanət İşləri Baş İdarəsinin astronomu Hümeyra Nur İşlek Miladi təqvimin günəşin hərəkətlərinə görə, hicri təqviminin isə ayın hərəkətlərinə görə hesablandığını və iki təqvim arasında 10-11 gün fərq olduğunu xatırladıb.

Qısa hicri ilinin Miladi il içərisində keçdiyini izah edən İşlek, "Bunu biz öz gözümüzlə görürük. Ramazan ayı həm yayda, həm də qışda düşə bilər. Hicri təqvim bütün fəsillərdə fırlanır" dedi.

İşlek, qəməri ayların başlanğıcını ayın hərəkətlərinə görə hesabladıqlarını və dini günlərin, gecələrin və bayramların da bu hesaba görə təyin olunduğunu bildirib.

Türkiyə Diyanet İşləri Baş İdarəsi səhifəsində 2035-ci ilə qədər olan dini günlər siyahısı və hilal görünürlülük xəritələrinin yayımlandığını bildirən İşlek, "Miladi təqvim ilə hicri təqvim arasındakı 10-11 günlük fərq səbəbindən 2030-cu ildə 5 yanvarda Ramazan başlayacaq və 30 gün oruc tutulacaq. Eyni ildə 26 dekabrda yenidən Ramazan başlayacaq və ilin sonunda 5 gün daha oruc tutulacaq. Beləliklə, 2030-cu ildə ümumilikdə 35 gün oruc tutulmuş olacaq" deyə danışıb.

Digər Kateqoriyalar

2025 © Azervoice