Əsas səhifə » “Karyerada Biz Forumu-2025” yekunlaşıb

“Karyerada Biz Forumu-2025” yekunlaşıb

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 12 mart tarixində Azərbaycan Texniki Universitetində “Karyerada Biz Forumu” keçirilib.

Bu barədə AzerVoice-a “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.

Forumda Destec Group İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor müşaviri, fəlsəfə doktoru Sakit Səmədov, AKİAB mmc həmtəsisçi və direktoru Vəfəddar Babayev, İşartı şirkətinin təsisçi direktoru Cahan Hommadova, Səfəvi.org şirkətinin təsisçisi Könül Quliyeva, Qanun Mühasibatlıq Xidmətləri MMC, Hanoğlu Baklava & Lokum və Şəki Agro Suvarma Sistemlərinin təsisçi direktoru Xanoğlan Ramazanov spiker qismində iştirak ediblər.

300-dən çox gəncin iştirakı ilə Azərbaycan Texniki Universitetində reallaşan forumda gənclər təşkilatlarının və müxtəlif qurumların stendləri yer alıb. Burada iştirakçılar karyera imkanları, aktiv vakansiya elanları və gəncyönümlü layihələr barədə ətraflı məlumat əldə ediblər.

Forum zamanı aktiv olan gənclər isə iştiraklarını təsdiq edən sertifikatla yanaşı, sponsorlar tərəfindən hazırlanmış möhtəşəm hədiyyələr qazanıblar.

Forumda sponsor qismində Günaydın Restoranlar Şəbəkəsi, aivertize.net, Mismart və Handex, iştirak edərək gənclərə bir-birindən faydalı təlim paketləri, promo məhsullar, endirim kuponları və s. kimi maraqlı hədiyyələr təqdim edib.

Bildirmək istərdik ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 2024-cü ildə “Karyerada Biz Forumu-2024” layihəsini həyata keçirib və bu layihə gənclərin marağına səbəb olub. Bu səbəbdən birlik tərəfindən davamlı olaraq gənclərin maarifləndirilməsi üçün çoxsaylı forumlar, layihələr, düşərgələr həyata keçirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice