Əsas səhifə » “Növbəti Stansiya Gənclik regionlarda” layihəsi davam edir

“Növbəti Stansiya Gənclik regionlarda” layihəsi davam edir

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Növbəti Stansiya Gənclik regionlarda” layihəsi davam edir.

Bu barədə AzerVoice-a “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.

Layihənin əsas məqsədi gənclərin bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərlə iş sahəsində təşəbbüslərin artmasına töhfə vermək olub.

“Komanda quruculuğu”, “Karyera planlaması”, “Xaricdə təhsil imkanları”, “Natiqlik”, “Zamanın idarə olunması” və digər mövzular olmaqla müxtəlif istiqamətlərdə istiqamətdə - Beyləqan, Yevlax, Bərdə, Tərtər, Pirşağı, Məmmədli, Zabrat, Balaxanı, Kürdəxanı, Maştağa, Biləsuvar, Mərəzə regionlarında təlim sessiyası keçirilib və layihə ümumilikdə 300 gənci əhatə edib . Həmçinin, gənclərlə keçirilən görüşlər zamanı müxtəlif komanda oyunları və qrup işləri keçirilib.

Diqqətə çatdırılıb ki, layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər.

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Birlik gənclərin vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəldilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.

Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (Turkic.World) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice