Bakı, AzerVoice
MÜSİAD Azərbaycan İctimai Birliyi tərəfindən Müqəddəs Ramazan ayı münasibətilə Şabran rayonunda şəhid, qazi ailələri və rayonda yaşayan Axısqa türkləri üçün iftar süfrəsi təşkil edilib.
AzerVoice xəbər verir ki, bu barədə MÜSİAD Azərbaycandan məlumat verilib.
Məlumata əsasən, Proqramda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, digər rəsmi qonaqlar və MÜSİAD Azərbaycan İctimai Birliyinin üzvləri iştirak edib.
İftar proqramından öncə, MÜSİAD Azərbaycan İdarə Heyəti üzvləri və Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və digər rəsmilər, Heydər Əliyev abidəsini və Şabran rayon Şəhidlər Xiyabanını ziyarət ediblər. Bununla yanaşı, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ilə görüş keçirilib. Daha sonra isə iftar proqramı baş tutub.
akimiyyətinin başçısı Asif Hüseynov Ramazan ayı münasibətilə tədbir iştirakçılarını təbrik edərək, tutulan orucların və edilən duaların qəbul olunmasını arzulayıb. Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Şabranda da multikulturalizm ənənələrinin hökm sürdüyünü ifadə edən icra başçısı, digər xalqlar və etnik qruplar kimi, Axısqa türklərinin də Şabranda mehriban şəraitdə yaşadığını və dövlətin qayğısını hiss etdiklərini bildirib. Asif Hüseynov,həmçinin MÜSİAD Azərbaycan İctimai Birliyinə proqramın yüksək səviyyədə təşkilatçılığına görə dərin təşəkkürünü bildirib.
MÜSİAD Azərbaycan İctimai Birliyinin idarə heyətinin sədri Rəşad Cabirli müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdırıb. O, İctimai Birliyin fəaliyyətləri haqqında məlumat verərək, strateji hədəflərinə çatmaq üçün daim çalışdıqlarını qeyd edib. Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu vurğulayan sədr, 44 günlük Vətən müharibəsində bunun bir daha parlaq şəkildə öz təsdiqini tapdığını bildirib.Rəşad Cabirli torpaqların bütövlüyü uğrunda canlarından keçən şəhidləri və vətəni qəhrəmancasına müdafiə edən qaziləri də yad edərək, onların daim ehtiramla anılmasının və unudulmamasının vacibliyini vurğulayıb.
İftar proqramında çıxış edən Türkiyə Respublikasının
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol
Akgün, Ramazanda birlik və həmrəyliyin vacibliyinə diqqət edərək
qeyd edib: “Biz istəyirik ki, Azərbaycan və Türkiyə qardaşlığı
əbədi olsun. Bu qardaşlıq həm dostlara, həm də düşmənlərə böyük bir
mesajdır. Türkiyə və Azərbaycan nə qədər güclü olsa, Türk dünyası
da özünü o qədər güclü hiss edir. Allah birlik və bərabərliyimizi
pozmasın”
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Ramazan ayı
münasibətilə tədbir iştirakçılarını təbrik edərək, tutulan
orucların və edilən duaların qəbul olunmasını arzulayıb.
Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Şabranda da
multikulturalizm ənənələrinin hökm sürdüyünü ifadə edən icra
başçısı, digər xalqlar və etnik qruplar kimi, Axısqa türklərinin də
Şabranda mehriban şəraitdə yaşadığını və dövlətin qayğısını hiss
etdiklərini bildirib. Asif Hüseynov,həmçinin MÜSİAD Azərbaycan
İctimai Birliyinə proqramın yüksək səviyyədə təşkilatçılığına görə
dərin təşəkkürünü bildirib.
MÜSİAD Azərbaycan İctimai Birliyinin idarə heyətinin sədri Rəşad Cabirli müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdırıb. O, İctimai Birliyin fəaliyyətləri haqqında məlumat verərək, strateji hədəflərinə çatmaq üçün daim çalışdıqlarını qeyd edib. Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu vurğulayan sədr, 44 günlük Vətən müharibəsində bunun bir daha parlaq şəkildə öz təsdiqini tapdığını bildirib.Rəşad Cabirli torpaqların bütövlüyü uğrunda canlarından keçən şəhidləri və vətəni qəhrəmancasına müdafiə edən qaziləri də yad edərək, onların daim ehtiramla anılmasının və unudulmamasının vacibliyini vurğulayıb.
İftar süfrəsində din xadimləri “Qurani-Kərim”dən ayələr oxuyub, Ramazan ayının fəzilətlərindən danışıb. Şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Məlumat üçün qeyd edək ki, MÜSİAD Azərbaycan hər il Ramazan ayında ənənəvi iftar süfrələri təşkil edir.
















