Əsas səhifə » İşğaldan azad edilmiş rayonlarda buraxılış imtahanı keçirilib

İşğaldan azad edilmiş rayonlarda buraxılış imtahanı keçirilib

Bakı, AzerVoice

09 mart 2025 - ci il tarixində işğaldan azad olunmuş Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

AzerVoice xəbər verir ki, işğaldan azad olunmuş təhsili bərpa olunan Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında buraxılış imtahanları keçirilib.

Füzuli şəhəri 1 №-li M. Uluqbəy adına tam orta məktəb 25 şagird, Cəbrayıl şəhəri M. Mehdizadə adına tam orta məktəb – 5 şagird, Zəngilan rayon Ağalı kənd tam orta məktəb 6 şagird İmtahan verib.

Əlavə olaraq qeyd edək ki, Cəbrayıl şəhər M. Mehdizadə adına tam orta məktəbdə buraxılış imtahanları bu il ilk dəfə keçirilib.

İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi və 3 imtahan rəhbəri cəlb olunub.

İşğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 36 nəfər şagirdin iştirakı nəzərdə tutulmuşdur. 02 mart 2025-ci il tarixində də işğaldan azad olunmuş Xankəndi, Xocalı, Şuşa və Laçın rayonlarında imtahan keçirilib. İmtahanda 45 şagird iştirak edib.

Digər Kateqoriyalar

2025 © Azervoice