Bakı, AzerVoice
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gecə və səhər yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzerVoice-a verilən məlumata görə, havanın temperaturu gecə 3-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.
Gecə və səhər bəzi yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı
gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə
arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 4-8° şaxta, gündüz 1° şaxtadan 4°-dək
isti, dağlarda gecə 12-17° şaxta, yüksək dağlıq ərazilərdə 19-24°
şaxta, gündüz 5-10° şaxta olacaq.
Bəzi rayonlarda yollar buz bağlayacaq.