Bakı,AzerVoice
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev ilə görüşüb.
AzerVoice xəbər verir ki, görüşdə Fondun 2024-сü il ərzində həyata keçirilmiş layihələri, gələcək fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.
Eyni zamanda Türk Dünyasının qədim və zəngin irsinin mühafizəsi və daha artıq tanıdılması məqsədilə Fond ilə Türk dövlətlərinin YUNESKO üzrə Milli Komissiyaları arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Fond ilə səmərəli əməkdaşlığı xüsusi qeyd olunub.