Əsas səhifə » Türkiyə və Suriya iş adamlarının görüşü keçiriləcək

Türkiyə və Suriya iş adamlarının görüşü keçiriləcək

Bakı, AzerVoice

MÜSİAD Azərbaycan və Beynəlxalq Biznes Forumu (IBF) tərəfindən Türkiyə və Suriyanın iş dünyasını bir araya gətirmək məqsədilə “Türkiyə-Suriya İqtisadi Əməkdaşlıq Zirvəsi” keçiriləcək.

AzerVoice xəbər verir ki, tədbir 4 fevral tarixində Türkiyənin Qaziantep Şahinbey Konqres Mərkəzində baş tutacaq.

Zirvə, 20-24 dekabr tarixlərində keçirilən "Türkiyə-Suriya Əlaqələri" görüşlərinin davamı olaraq, iki ölkə arasındakı iqtisadi əməkdaşlığın yeni dövrdə yenidən qurulması və mövcud ticarət imkanlarının genişləndirilməsi məqsədini daşıyır.

Zirvənin proqramı çərçivəsində panel müzakirələri ilə yanaşı, ikitərəfli işgüzar görüşlər (B2B) və yarmarka iştirakçılarının stendlərini ziyarət etmək imkanı yaradılacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice