Bakı, AzerVoice
Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında 23-24 yanvar tarixlərində Fondun Şura toplantısına hazırlıq məqsədi ilə 2-ci Ekspert-Səviyyəli İclas keçiriləcək.
AzerVoice bu barədə Türk Mədəniyyəti
və İrsi Fondununa əsasən məlumat verir.
İclasda təşkilatın 2025-2026-cı illər üzrə fəaliyyət planlarının
müzakirəsi, Şura toplantısının gündəliyinin müəyyənləşdirilməsi və
Nizamnamə sənədlərinə mümkün dəyişikliklər ətrafında fikir
mübadiləsi aparılacaq.
Görüşdə həmçinin mütəxəssislərin müraciətləri, rəy və təklifləri də dinləniləcək.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Xarici İşlər və Mədəniyyət Nazirliklərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Fondun nümayəndələri bildiriblər ki, təşkilatın fəaliyyətini daha da zənginləşdirmək və üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək məqsədilə hər il bu cür toplantıları davamlı şəkildə təşkil etməyi planlaşdırırlar.