13
Bakı. AzerVoice:
Azərbaycan ABŞ-nin "Planet Labs PBC" şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.
AzerVoice xəbər verir ki, bu barədə iqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.
“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində ABŞ-nin "Planet Labs PBC" şirkətinin baş maliyyə və əməliyyatlar direktoru Eşli Conson ilə görüşdə energetika, ekologiya, sahibkarlıq və digər sahələrdə innovativ həllərin tətbiqi ilə resursların optimallaşdırılmasının önəmini qeyd etdik, şirkətlə əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik”, - paylaşımda qeyd olunub.