Bakı, AzerVoice
Gənc MÜSİAD Azərbaycan, gənc iş adamları arasında yeni iş əlaqələrinin qurulması və sektorlararası əməkdaşlığın gücləndirilməsini hədəfləyən 3T (Tanı, Tanışdır, Ticaret Et) proqramı böyük maraq və rəğbətlə MÜSİAD Azərbaycan dərnək mərkəzində həyata keçirdib.
AzerVoice xəbər verir ki, Proqram ərzində müxtəlif
sektorlardan olan iştirakçılar bir araya gələrək iş dünyası ilə
bağlı yenilikləri müzakirə ediblər.
Gənc iş adamları bu proqramda yeni tanışlıqlar əldə etmək və birgə
layihələr inkişaf etdirmək imkanı tapıblar.
Gənc MÜSİAD Azərbaycan sədri Akif Başoğlu, proqramın məqsədinin gənclərin ticarət qabiliyyətlərini artırmaq və onların peşəkar dünyada daha fəal rol almalarını təmin etmək olduğunu vurğulayıb.
O, həmçinin qeyd edib ki, "Gənclər arasında aktiv iş əlaqələri quraraq onların ticarət dünyasında daha fəal rol almalarını təmin etmək və iqtisadi potensiallarına töhfə vermək, bu proqramın əsas məqsədlərindəndir."- deyə Başoğlu vurğulayıb.
Tədbirin sonunda iştirakçılara təşəkkür edilib və gələcəkdə bənzər tədbirlərlə yenidən bir araya gələcəkləri bildirilib. Gənc MÜSİAD Azərbaycan, gənc sahibkarlara istiqamətlənmiş fəaliyyətlərinə davam edəcəyini bir daha vurğulayıb.