BAKI,AzerVoice
Yaxın günlərdə TeasPress nəşriyyatı tərəfindən Turkiyədə nəşr
olunacaq "Biznesin Ruhu Satış" kitabı təqdim olunacaq. Bu haqda
AzerVoice kitabın müəllifi, biznes üzrə tanınmış təlimçi Bilal
Hüseynli bildirib.
O qedy edib ki, kitab, qapalı məkanlarda öyrədilən ancaq satış
nəzəriyyəsi bilgilərindən ibarət deyil.
“Kitabda müasir dövrdə satışın təşkili və idarə etmə üsulları
ilə yanaşı, uzun illər satışın içində qazanılan təcrübə, bacarıq və
uğurlardan süzülən bilgilər toplanıb. Qısa desək “praktiki satış
sənəti” kitabıdır”-deyə müəllif bildirib.
Onun szölərinə görə, kitabda əsasən “b2b” və korporativ satışın
təşkilinə, satış meneceri və idərəçilərinin bilik və bacarıqlarının
inkişaf etdirilməsinə daha çox yer verilib.
“Həmçinin pərakəndə satış menecerləri və rəhbərləri üçün də faydalı olacağını düşünürəm.Satış sənətinin öyrənilməsində İQ bacarıqları ilə yanaşı, EQ bacarıqlarının da inkışaf etdirilməsi metodlarına xüsusi yanaşılmışdır”-deyə Hüseynli bildirib.
Müəllif onu da əlavə edib ki, kitabda müasir biznes dünyasında satış işinin ancaq mən yox,biz işi olduğunun geniş izahı verilməklə şirkət və qurumlarda komandaçılıq ruhunun formalaşdırılması üsullarına xüsusi yer ayırılıb.
“Bu mövzu da digərləri kimi şirkət və qurum rəhbərləri üçün olduqca əhəmiyyətlidir. Kitabın son bölümdə isə çalışdığı sahədən aslı olmayaraq hər bir insanın motivasiyaya ehtiyacı olduğunu nəzərə alınıb. Düşünürəm ki, kitabdan yaşından aslı olmayaraq hər kəs istifadə edib faydalanacaq. Eyni zamanda kitabda “Motivasiya” və “Disiplin” fəsili oxucular üçün və iş adamları üçün çox effektiv olacaq. Xüsusilə Azərbaycanda biznes,ticarət və satış sektolarında fəaliyyət göstərən bütün insanlar üçün olduqca faydalı və masa üstü kitab olacağına inanıram”-deyə Bilal Hüseynli bildirib.