Əsas səhifə » Azərbaycanda helikopterlər satışa çıxarılır

Azərbaycanda helikopterlər satışa çıxarılır

Bakı, AzerVoice

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansında olan hava nəqliyyatı vasitələri satışa çıxarılır.

AzerVoice-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən əldə etdiyi məlumata görə, siyahıda 4 ədəd müxtəlif hava gəmisi yer alıb.

Belə ki, onlardan biri buraxılış ili 2004-cü il olan "SUPER PUMA AS 332 L" hava gəmisi, buraxılış ili 2005-ci il olan iki ədəd "EUROCOPTER EC155 B1" və buraxılış ili 1992-ci il olan "Mİ-8 MTV-1" hava nəqliyyat vasitəsidir.

Hərraca çıxarılacaq helikopterlərin start qiymətinə gəlincə, "EUROCOPTER EC155 B" 1 239 000 manata, iki ədəd "EUROCOPTER EC155 B1"dən birincisi 644 000 manata, digəri 508 000 manata,
"Mİ-8 MTV-1" tipli hava gəmisi isə 600 000 min manata iştirakçılara təklif olunur.

Məlumata görə, hərrac 30 yanvar 2025-ci il tarixində, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcək.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20

S/N Balanssaxlayıcı müəssisənin adı Hava gəmisinin tipi Buraxılış ili Dövlət qeydiyyat nişanı Start qiyməti (manatla) 10% beh (manatla)
1 “Azərbaycan Hava Yolları” QSC "SUPER PUMA AS 332 L1" 2004 4K-AZ24 1239000 123900
2 “Azərbaycan Hava Yolları” QSC "EUROCOPTER EC155 B1" 2005 4K-AZ46 644000 64400
3 “Azərbaycan Hava Yolları” QSC "EUROCOPTER EC155 B1" 2005 4K-AZ47 508000 50800
4 “Azərbaycan Hava Yolları” QSC "Mİ-8 MTV-1" 1992 4K-27036 600000 60000

Digər Kateqoriyalar

2025 © Azervoice