21
Bakı, AzerVoice
Bakı-Aktau istiqamətində uçuş həyata keçirən "Gulfstream" tipli təyyarə uğurlu eniş etdikdən sonra təyyarənin yerdə idarəolunması zamanı göyərtəsində texniki nasazlıqa bağlı işarə siqnalı işə düşüb.
AzerVoice xəbər verir ki,
bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, lakin təyyarənin sisteminin pilotlar tərəfindən yenilənməsindən sonra məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq yoxdur və təyyara uçuşa hazırdır.
Qeyd edək ki, təyyarədə sərnişin olmayıb.