Bakı, AzerVoice
Rusiyanın "Azimut" aviaşirkəti Azərbaycana uçuşları dayandırıb.
AzerVoice xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, reyslərin ləğv edilməi qərarı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarı əsasında qəbul edilib.
Belə ki, aviaşirkət Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin, Soçidən Bakıya reyslər ləğv edilib.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın bir neçə şəhərinə uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılıb.
Belə ki, Saratov, Nijni Novqoroq, Vladiqafqaz, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa və Samara hava limanlarına uçuşlar dayandırılmışdı.