Əsas səhifə » AZAL-ın Mineralnıye Vodıya uçan təyyarəsi geri dönüb

AZAL-ın Mineralnıye Vodıya uçan təyyarəsi geri dönüb

Bakı, AzerVoice

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən AzerVoice-ə bildirilib ki, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Qeyd edilib ki, Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mineralnıye Vodıya uçan təyyarəsi hava limanına qayıtmağa məcbur olub.

AzerVoice xəbər verir ki, bunu Flightradar24 xidmətinin məlumatları görmək mümkündür.

Digər Kateqoriyalar

2024 © Azervoice