Bakı,AzerVoice
Geyim tərzi hər bir insanın şəxsiyyətini əks etdirən güclü bir
vasitədir,xüsusilə gənclər özlərini ifadə etmək üçün geyimdən geniş
istifadə edirlər.
Bunu AzerVoice-ə açıqlamsında tanınmış stilist
Ayaz Este deyib. O qedy edib ki,lakin bu cür geyimlərin sağlamlığa
təsiri unudulmamalıdır.
O hesab edir ki, təəssüflər olsun ki, bəzən modanı düzgün başa
düşməmək və ya tələsik qərarlar vermək nəticəsində geyimdə müəyyən
səhvlər edilə bilir.
“Səhvlərə gəlincə isə, bir çoxları bilmirlər ki, çox dar və ya
həddindən artıq geniş geyimlər rahatlıqdan uzaq olmaqla yanaşı,
estetik görünüşü də poza bilər. Dar geyimlər bədən hərəkətlərini
məhdudlaşdırır, çox geniş geyimlər isə gəncləri səliqəsiz göstərə
bilər”-deyə o qeyd edib.
Stilist Este hesab edir ki, bunun həlli üçün, bədənə uyğun ölçüdə,
nə dar, nə də həddindən artıq boş geyimlər seçmək vacibdir.
“Digər bir məsələ isə rəng seçimi ilə əlaqədardır.Bir çox gənc
rəng uyğunluğunu nəzərə almadan geyinir, nəticədə göz yorucu və
estetikadan uzaq kombinlər yaranır.Neytral rəngləri (ağ, qara, bej,
boz) əsas götürərək, parlaq rəngləri bu bazaya əlavə etmək tövsiyə
olunur. “3 rəng qaydası” (bir kombinasiya üçün maksimum üç fərqli
rəng) tətbiq oluna bilər”-bilər deyə tanınmış stilist
vurğulayıb.
O hesab edir ki,hava şəraitinə uyğun olmayan geyim seçimi həm
sağlamlığa, həm də görüntüyə mənfi təsir edir.
Estenin fikrincə, mövsümi geyim qaydalarına əməl edərək, həm isti,
həm də soyuq havalarda uyğun materiallardan istifadə
edilməlidir.
“Hər trendlə ayaqlaşmaq istəyən gənclər bəzən öz şəxsiyyətlərindən
uzaqlaşaraq, qeyri-uyğun seçimlər edə bilirlər. Trendləri izləməklə
yanaşı, şəxsi üslubu qorumaq önəmlidir. Dəbdə olan elementləri öz
üslubuna uyğun şəkildə tətbiq etmək daha ağıllı yanaşmadır.Bu günün
gəncləri özlərini ifadə etmək üçün geyimdən istifadə etməkdə
sərbəstdirlər. Ancaq bu azadlıq düzgün seçimlər etməyi də tələb
edir. Şəxsiyyətə uyğun üslub yaratmaq, rahatlıq və estetikanı
nəzərə almaq gənclərin daha şıq və özünə güvənli görünməsinə səbəb
olacaq”-deyə styilist Este bildirib.