Bakı, AzerVoice
İstehlak xərclərinin manipulyasiyası, planlaşdırılmış köhnəlmə, konsumerizm karbon emissiyasını artıran əsas səbəblərdəndir.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının (COP29) ölkəmizdə keçirilməsi böyük hadisədir, xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlə xalqımızı təbrik edirəm.
İnanıram ki, Bakıda keçirilən bu olduqca mühüm konfransda ölkəmiz və planetimizin faydası üçün əhəmiyyətli qərarlar qəbul ediləcəkdir.
Karbon emissiyası nədir? İqlim niyə dəyişir ?
Hər şey çox sadədir. Karbon emissiyası atmosferə karbon dioksid (CO2) və digər istixana qazlarının buraxılması deməkdir. Bu qazlar insan fəaliyyəti nəticəsində atmosferə buraxılır, istilik tutan təbəqə yaradır və bunun nəticəsində planetin temperaturu artır, iqlim dəyişikliyinə səbəb olur.
1995-ci ildən bu istiqamətdə müzakirələr, mübarizələr aparılsa da artıq vəziyyətin kritik həddə gəldiyinin, önəmli qərarların qəbul olunmasınn və tətbiq olunması əhəmiyyətinin fərqindədir hər kəs.
Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP29-un hədəfləri aşağıdakılardır.
1. İqlim Maliyyəsi büdcəsinin 1 trilyon dollara çatdırılması
2. Yeni milli hədəflərin müəyyənləşdirilməsi (2035-ci il)
3. İtki və zərər fonduna dəstəyin artırllması
4. Adaptasiya fondu, qlobal adaptasiya hədəfləri, illik 300 milyard
dollardan çox olan maliyyə çatışmazlığının aradan qaldırılması
5. Karbon ticarəti, beynəlxalq səviyyədə tənzimlənən karbon
bazarının yaradılması
İqlim dəyişikliyi ilə mübarizə üçün qeyd olunanlarla yanaşı cəmiyyətinin israflı istehlakının qarşısının alınması, yaşıl dünya naminə həmrəyliyin əməldə də özünü göstərməsi olduqca əhəmiyyətlidir.
Dünyanın ən dəyərli aktivi olan insan günümüzdə ehtiyacdan
qat-qat çox istehlak etməyə davam edir.
1870-ci ildə başlayan ikinci sənaye inqlabı kütləvi istehsalın
əsasını qoydu. 1969-cu ildə üçüncü, 2013-cü ildə başlayan dördüncü
sənaye inqlabları kütləvi istehsala təkan verdi. Nəticədə həddindən
artıq israflı istehsala gətirib çıxardı və beləcə malların təklifi
istehlak tələbini üstələdi. Nə etmək lazım idi? Tələbi artırmaq.
Buna görə də istehsalçılar istehlak xərclərini manipulyasiya etmək
üçün planlaşdırılmış köhnəlmənin tətbiqinə və reklamların
istifadəsinə başladılar. Nəticədə israfçı istehlak cəmiyyətinə,
konsumerizmə gətirib çıxardı.
1929-cu ildə dünyada yaşanan iqtisadi böhran, klassik
idarəetmədə insan faktoruna əhəmiyyətin verilməməsi, dəyişən
cəmiyyət dəyərləri nəticəsində klassik idarəetmə 1930-cu ildə
özünün pikinə çatdı, neo-klassik idarəetmənin başlanğıcı oldu.
Neo-klassik idarəetmədə insan qaynaqları ön plana çıxdı, cəmiyyətdə
insanın tələbləri də manipulyasiya edilməyə başladı. Nəticədə mən
deyərdim israflı istehsal başladı. II dünya müharibəsindən sonra
isə konsumerizm sürətlə inkişaf etdi. Günümüzdə də davam edən
sistemli idarəetmə, reklam, planlanmış köhnəlmə, neyromarketinq və
s. konsumerizmə rəvac verir.
Bu gün əkiz (yaşıl, rəqəmsal) transoformasiya, üçüz (yaşıl,
rəqəmsal, sosial) transformasiyanın əhəmiyyətini daha yaxşı
anlamağa başlayırıq.
Bəli, iqlim dəyişikliyinə səbəb olan karbon emissiyasının
azaldılması, karbonun tutulması istiqamətində ciddi addımlar
atılmalıdır. Eyni zamanda konsumerizmin, manipulyasiya ilə yaranmış
kütləvi istehsal tələbinin qarşısı alınmalıdır ki, karbon ayaq izi
azalsın.
Göstəriş, status nümayişi üçün olan hər şey israfa, israf da global
təhlükəyə gətirib çıxarır. Düşünürəm ki, bu gedişlə karbon ticarəti
bazarında ölkələr üzrə tətbiq olunacaq karbon emissiyasına qoyulan
tələblər vətəndaşların istehlak tələbələrinə, limitlərinə də
çevriləcək.
"Dərd yol göstərir"-deyib mütəfəkkir. Nə bilmək olar bəlkə bu
dərd sayəsində doğru yolu daha aydın görəcik ?!
Əgər dərdin dərd olduğunun fərqinə varsaq təbii ki..
Bizlər sən və mən qəflətini aşıb "biz" şüuruyla hərəkət etməli, yaşıl dünya naminə həmrəy olmalı, ekoloji çevrəmizi qorumalıyıq !
MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli.