Bakı, AzerVoice
8 noyabr - Zafər günü münasibətilə Şuşa şəhərində yürüşü keçirilib.
AzerVoice xəbər verir ki, ərazidə xidmət edən N saylı hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi parad hərbi orkestrin sədaları ilə müşayiət olunub.
Şəhərin mərkəzindən başlayan bayram yürüşünə yerli ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak edib. Zəfər yürüşü qala divarlarının yanında başa çatıb.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.