Əsas səhifə » TƏBİB Tağı Əhmədovun vəfatı haqda: Çağırış daxil olduqdan 7 dəqiqə sonra imtina qeydə alındı

TƏBİB Tağı Əhmədovun vəfatı haqda: Çağırış daxil olduqdan 7 dəqiqə sonra imtina qeydə alındı

Bakı, AzerVoice

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Bu barədə AzerVoice-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verirlib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.10.2024-cü il tarixində saat 21:00 radələrində Göy Məscid ərazisindən Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Saat 21:07-də çağırışdan imtina qeydə alınıb", - deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, bu gün "Bakı Metropoliteni" QSC-nin sabiq sədri Tağı Əhmədov vəfat edib.

Digər Kateqoriyalar

2024 © Azervoice