Bakı,AzerVoice
“Polymedical LLC” şirkətinin direktoru İsmayıl Qarayevin
müraciəti əsasında araşdırma apararaq onun nəticələrini oxuculara
təqdim etmişdik. Prinsiplərimizə uyğun olaraq da araşdırmanı
yayınlamadan öncə hər iki tərəfi də ağah etmişdik. Redaksiyamıza
müraciət edərək haqsızlığa uğradığını deyən İsmayıl Qarayev yazı
ilə tanış olduqdan sonra heç bir etirazı olmadığını bildirsə də ,
qarşı tərəfin (daha doğrusu Nigar Həsənova adlı
kosmetoloq) əsassız olaraq ittihamları ilə üzləşdik.
Nigar Həsənova bizdən araşdırmanı dərc etməyimiz tələb
edərək, bizi məhkəmə verəcəyi ilə də hədələdi. Redaksiya
olaraq biz öz növbəmizdə vətəndaşın bütün hüquqlarından o cümlədən
də məhkəyə müraciət hüququndna istifadə edə biləcəyini dedik.
Mahiyyət etibarilə bu vətəndaşın haqqıdır və heç kim ona bu məsələ
də qadağa qoya bilməz.
Araşdırma zamanı isə daha maraqlı bir hadisə ilə rastlaşdıq.
Belə ki, “Sahibkarlara qan udduran “Kosmetoloqlar” kimə
arxalanır?” başlıqlı araşdırmada qeyd etdiyimiz kimi,
özünü “Nübar” (ad şərtidir) kimi təqdim edən xanım
məqalə yayınlandıqdan sonra Nigar Həsənova ilə hər hansı bir
əlaqəsi olmadığını bildirdi.
“Mənim Nigar Həsənova ilə heç bir tanlşlığım və əlaqəm yoxdur, mən
onun yanına idim gördüm halı pisləşib adama kömək oldum və onun
yerinə telefona cavab verdim. Kiməsə kömək etməyimə görə məni
peşman etməyin”-deyə o israr edid.
Amma ən maraqlı məqam isə odur ki, , özünü “Nübar”
(ad şərtidir) kimi təqdim edən xanım kosmetoloq Nigar Həsənovanın
İsmayıl Qarayevə nə qədər borclu olduğunu söyləyib. Halı
anidən pisləşən Nigar Həsənova mühasibat hesabatlarını müstəri ilə
paylaşması sözün əsl mənasında fenominal bir
hadisədir.
Araşdırmanın dərcindən sonra, yenə də İsmayıl Qarayev bizimlə əlaqə saxlayaraq Nigar Həsənovanın hələ də ona olan borcunu qaytarmadığını bildirdi.
İsmayıl Qarayev qeyd etdi ki, Nigar Həsənova adlı kometoloq daha əvvələr də analoji “taktika” istifadə edərək, bir başa ünsiyyətdən qaçıb.
“Mən dəfələrlə Nigar Həsənovaya zəng edərək məndən aldığı kosmetik vasitələr görə, borc öhdəliyini nə zaman bağlayacağını soruşmuşam. Hər dəfə araya müxtəlif “xanım ordusu” soxulub. Bəzən Sevil, bəzən Telli və sairə xanımlar araya girərək, hər dəfə müxtəlif bəhanələrlə ödəmə etməkdən imtina ediblər”-deyə Qarayev bildirib.
Şikayətçi iddia edir ki, hətta Nigar Həsənovanın çalışdığı klinikaya şirkətdən nümayəndə də göndərib. Lakin xanım onları görən kimi, qaçıb, bağlı qapı arxasında gizlənıb.
“ Biz Nigar Həsənova ilə sözün əsl mənasında siçan-pişik oynayırıq. Bu xanım tez-tez işlədiyi klinikaları da dəyişir bu da onun digərləri ilə də analoji problem yaşadığını spyləməyə əsas verir. Mənə maraqlıdır ki, nə üçün vergi öhdəliklərini yerinə yetirən biri olaraq mən bu kimi problemlərlə üzləşməliyəm. ” – deyə o bildirib.
Qarayev onu da əlavə edib ki, sonuncu dəfə Nigar Həsənova borcunu sentyabrın 15-16 da verəcəyini söz versə də hələ “xanım ordusu” arxasında gizlənən Həsənovadan xəbər-ötər yoxdur.
Zərərçəkən onu da bildib ki, araşdırma aparılaraq, məsələnin
ictimailəşdirilməsinə maraqlı olduğu üçün bu məslə ilə bəzi
KİV-lərə müraciət edib( hələ ki bu qurumun adını çəkmirik).
“ Adını hələ ki çəkmək istəmədiyim bir jurnalistə , araşdırma
aparması üçün müraciət etdim. Hətta saytların birində ( ad
çəkilmir) bir yazı da dərc olundu. Bundan sonra Nigar Həsənova
borcun bir qismini qaytardı. Lakin adəti üzrə digər bir qismini də
saxladı. Sonra bəlli oldu ki, Nigar Abdullayeva hələ ki, adını
çəkmədiyim jurnalistə 100 (yüz) manat ödəyərək onu
susdura bilib. Bu utanc vericidir” –deyə Qarayev əlavə edib.
Qarayev deyir ki, xeyli müddtədir ki, nə Nigar Həsənova ilə ünsiyyət saxlaya nə də öz pulunu ala bilir. Ən azından ona görə ki, Nigar Həsənova axrasında “xanım ordusu” kimi şərikləri var.