Əsas səhifə » Britaniya KKTC-yə birbaşa uçuşların başlanmasını tələb edən məktubu imzalayıb

Britaniya KKTC-yə birbaşa uçuşların başlanmasını tələb edən məktubu imzalayıb

Bakı, AzerVoice:

Böyük Britaniyada 54 millət vəkili Şimali Kipr Türk Respublikasına (KKTC) birbaşa uçuşların başlanmasını tələb edən məktubu imzalayıb.

AzerVoice xəbər verir ki, məktubda bildirilib ki, Böyük Britaniya etnik mənşəyindən asılı olmayaraq bütün kiprlilərin bərabərlik şəraitində öz potensiallarına nail olmaq və ayrı-seçkilikdən azad yaşamaq hüququna malik olmasını təmin etmək üçün məsuliyyət daşıyır.

Bundan əlavə, məktubda Britaniyadan KKTC-yə birbaşa uçuşlara icazə verilmədiyi üçün sərnişinlərin Türkiyə üzərindən KKTC-yə getdiyi, bu vəziyyətin xüsusilə yaşlılar və xəstələr üçün səyahəti çox çətinləşdirdiyi vurğulanıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2025 © Azervoice