Əsas səhifə » Qəddafinin oğlu Britaniyanı ittiham edib

Qəddafinin oğlu Britaniyanı ittiham edib

Bakı,AzerVoice

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu, Seyf əl-İslam Qəddafi, Britaniyanı onu siyasi həyatdan kənarlaşdırmağa çalışmaqda ittiham edib.

AzerVoice  xəbər verir ki, bu haqda Seyf əl-İslam Qəddafininn ofisindən verilən açıqlamada deyilir.

Açıqlamada deyilir ki , “Britaniya nümayəndələri BMT rəsmisindən Liviyada yeni vahid hökumətin qurulmasından sonra keçiriləcək prezident seçkilərindən Seyfülislamın qanuni sənədindən istifadə edərək onu xaric etməyə çalışmasını istəyiblər. Qeyd edirik ki , Devid Kemeron Böyük Britaniyanın xarici işlər naziri olarkən, Müəmmər Qəddafinin 2011-ci ildə öldürülməsindən sonra Liviyanın bir dövlət kimi dağılmasında  müstəsna rolu olub. “O, azad və ədalətli parlament və prezident seçkiləri istəyən Liviya xalqına qarşı düşmənçilik siyasətini davam etdirir”.-deyə açılqamada bildirilib.

Qeyd edək ki , Seyf əl-İslam  və onun  seçki komandası Liviyanın digər siyasi partiyalarının nümayəndələri ilə birlikdə Prezident Şurasının nümayəndəsi Abdallah əl-Lafinin himayəsi altında aprel ayında keçiriləcək İnklüziv Milli Barışıq konfransına hazırlıq sessiyalarında iştirak edir.

Digər Kateqoriyalar

2024 © Azervoice