Əsas səhifə » Səudiyyə Ümrə zəvvarlarının çıxış tarixini açıqlayıb

Səudiyyə Ümrə zəvvarlarının çıxış tarixini açıqlayıb

BAKI, AzerVoice

Ümrə zəvvarlarının Krallığa giriş və çıxışı üçün son tarixlər açıqlanıb

AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci il Həcc mövsümünə hazırlıq çərçivəsində Ümrə ziyarəti üçün ölkəyə daxilolma və tərk etmə tarixlərini açıqlayıb.

Nazirlik Ümrə zəvvarlarının Krallığa daxil olması üçün son günün 13 aprel 2025-ci il (bazar günü), ölkəni tərk etmələri üçün son tarix isə 29 aprel (çərşənbə axşamı) olduğunu bildirib.

Açıqlamada qeyd edilib ki, müəyyən olunmuş tarixlərdən sonra Krallıqda qalmaq qanun pozuntusu sayılacaq və cəzalandırılacaq. Nazirlik həmçinin Ümrə ziyarəti ilə məşğul olan şirkətləri və qurumları zəvvarların müəyyən vaxtlarda yola düşməsini təmin etməyə çağırıb.

Qeyd edək ki, məlumata əsasən, Ümrə ziyarətçilərinin vaxtında yola salınması barədə məlumat verməyən şirkətlərə qarşı 100 min riala qədər cərimə və digər qanuni tədbirlər tətbiq edilə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice