Əsas səhifə » Ramazan ayında Hərəmeyn ziyarətçilərinin sayı 122 milyonu keçdi

Ramazan ayında Hərəmeyn ziyarətçilərinin sayı 122 milyonu keçdi

BAKI, AzerVoice

Məscidül-Həram və Məscidün-Nəbinin işlərinə məsul Ümumi Komitə bazar günü açıqlama verərək bildirdi ki, cari Ramazan ayı ərzində Hərəmeyn-i Şərifeyni (iki müqəddəs məscidi) ziyarət edənlərin sayı 122 milyon 286 min 712 nəfərə çatıb.

AzerVoice xəbər verir ki, zəvvarlara ibadətlərini rahat və təhlükəsiz bir mühitdə,yerinə yetirmələri üçün bütünlüklə inteqrasiya olunmuş xidmətlər təqdim olunub.

Qeyd olunub ki, komitə Məscidül-Həramın əsas girişlərinin zəmininə yerləşdirilmiş sensorlu oxuyucular vasitəsilə zəvvarların və namaz qılanların sayını təyin edən müasir texnologiyalardan istifadə edib.
Bu addım ziyarətçi axınlarının və kütlələrin effektiv idarə olunması, əməliyyat səmərəliliyinin artırılması və əlaqədar qurumlarla əməkdaşlıq çərçivəsində xidmətlərin optimallaşdırılması məqsədilə atılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice