Əsas səhifə » Suriya və Livan təhlükəsizlik və hərbi əməkdaşlığı gücləndirmək üzrə razılaşıblar

Suriya və Livan təhlükəsizlik və hərbi əməkdaşlığı gücləndirmək üzrə razılaşıblar

BAKI, AzerVoice

Suriya və Livan təhlükəsizlik və hərbi əməkdaşlığı gücləndirmək üzrə razılaşıblar.

AzerVoice xəbər verir ki, bu haqda tərəflər Ciddədə ( Səudiyyə Ərəbistanı) keşirilən toplantıda qərara gəliblər.

Tədbirdə Səudiyyə Müdafiə naziri, Xalid bin Salman, Suriya Müdafiə naziri General Mərhəf Əbu Qəsrə, Livan Müdafiə naziri General Mişel Məsna və onların təhlükəsizlik nümayəndə heyətləri iştirak edib.

Kral Salman bin Əbdüləziz və Vəliəhdi və Baş nazir Əmir Məhəmməd bin Salman tərəfindən verilən təlimatlarla keçirilən görüşdə, tərəflər sərhədin müəyyənləşdirilməsinin strateji əhəmiyyətini vurğulamış, bir neçə sahədə hüquqi və ixtisaslaşmış komitələrin yaradılmasına dair razılığa gəliblər. Həmçinin, tərəflər arasındakı təhlükəsizlik və hərbi çətinliklərlə mübarizə aparmaq üçün koordinasiya mexanizmlərinin gücləndirilməsi barədə qərar qəbul edilib.

Suriya və Livan Müdafiə nazirləri, görüşün təşkilində və Səudiyyə Ərəbistanı tərəfindən göstərilən dəstəyə görə təşəkkürlərini bildirib, əldə edilən nəticələrdən məmnun olduqlarını ifadə ediblər.

Səudiyyə Ərəbistanı, qardaş ölkələrin təhlükəsizliyi və sabitliyini təmin edəcək hər şeyə tam dəstəyini təkrarlayaraq, regionda təhlükəsizlik və sabitliyin qorunmasına töhfə verməyi davam etdirəcəyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice