BAKI,AzerVoice
Səudiyyə Ərəbistanının İslam İşləri Naziri Şeyx Əbdüllətif Əl-Şeyx
krallıq üzrə nazirliyin bütün filiallarına Fitr bayramı namazının
müəyyən olunmuş ibadət yerlərində keçirilməsi barədə göstəriş
verib. AzerVoice xəbər verir ki, nazirliyin
bəyanatına əsasən, ibadət edənlərin rahatlığı üçün məscidlərdə və
açıq hava ibadət yerlərində geniş hazırlıqlar aparılır.
Bayram namazı ölkənin bütün məscidlərində qılınacaq. Lakin bəzi
kəndlərdə əvvəllər istifadə olunan yerlər istafadəyə yararsız
olduğu üçün yeniləri iklə əvəz olunacaqlar.
Göstərişlərə ibadət məkanlarında texniki xidmət, təmizlik və digər
xidmətlərin əvvəlcədən təmin olunması da daxildir ki, insanlar
sakit və mənəvi bir mühitdə nazam qıla bilsinlər.
Fitr bayramı namazı krallıq boyu Ümmül-Qura təqviminə əsasən günəş
doğduqdan 15 dəqiqə sonra qılınacaq.
Krallıqda ümumilikdə 19,887 məscid və ibadət sahəsi mövcuddur və
hamısı mənəvi baxımdan ruhlandırıcı bir atmosfer təqdim etməyə tam
hazır vəziyyətə gətirilib.
Məscidlərdə gigiyena qaydalarına əməl olunması üçün təmizlik və
dezinfeksiya tədbirləri görülüb.
Habelə, namaz zamanı maksimum rahatlıq üçün elektrik sistemləri,
kondisionerlər və səsgücləndirici avadanlıqlarda geniş texniki
baxış həyata keçirilib.
Səudiyyə məscidləri Fitr bayramına hazırlaşır
19