Əsas səhifə » ABŞ Səudiyyə Ərəbistanına silah satışını təsdiqləyib

ABŞ Səudiyyə Ərəbistanına silah satışını təsdiqləyib

BAKI, AzerVoice

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 100 milyon dollar dəyərində qabaqcıl silah sistemlərinin satışına icazə verib.

AzerVoice xəbər verir ki, rəsmi açıqlamada bu silahların Səudiyyə Ərəbistanının mövcud və gələcək təhlükələrə qarşı müdafiə qabiliyyətini artıracağı və yüksək dəqiqlikli hədəf vurmaq imkanını təmin edəcəyi bildirilib.

Satışın əsas podratçısı ABŞ-ın Virciniya ştatında yerləşən BAE Systems, Inc. şirkəti olacaq. ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyi (DSCA) isə bu satış barədə Konqresi məlumatlandırıb.

Qeyd edək ki, ABŞ-Səudiyyə Ərəbistanı arasında silah ticarəti iki ölkə arasındakı strateji tərəfdaşlığın əsas elementlərindən biri hesab olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice