BAKI,AzerVoice
Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz, ölkəsinin Ukrayna böhranının həllinə və sülhün bərqərar olmasına yönəlmiş bütün beynəlxalq səyləri dəstəklədiyini vurğulayıb.
AzerVoice xəbər verir ki, o, Ciddədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə rəsmi görüş keçirərək Ukrayna böhranının son vəziyyətini müzakirə edib.
Görüşdə həmçinin iki ölkə arasındakı ikitərəfli münasibətlər də müzakirə olunub.
Ciddə çərşənbə axşamı ABŞ və Ukrayna rəsmilərinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı görüşünə ev sahibliyi edəcək.
Zelenski vəliəhd şahzadə Məhəmmədlə görüşün əsas mövzularının ikitərəfli münasibətlər və digər tərəfdaşlarla əməkdaşlıq olduğunu bildirib.
O, vəliəhd şahzadə Məhəmmədin real sülhə aparan yolun açılmasına kömək edən səylərini yüksək qiymətləndirib.
“Səudiyyə Ərəbistanı mühüm diplomatik platforma təqdim edir və biz bunu yüksək dəyərləndiririk,” – deyə Zelenski vurğulayıb.