Əsas səhifə » Ümrə ziyarətində tarixi rekord qeydə alınıb

Ümrə ziyarətində tarixi rekord qeydə alınıb

BAKI,AzerVoice

Ümrə ziyarətində tarixi rekord qeydə alınıb – 500 min zəvvar bir gündə Kəbəni ziyarət edib.

AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanındakı Haramayn İşləri Rəyasət Heyəti martın 7-də ümrə ziyarətində iştirak edən zəvvarların gündəlik sayının 500 min nəfərə çatdığını açıqlayıb.

Məlumata görə, bu, ümrə tarixində qeydə alınan ən yüksək göstəricidir. Sosial media platformasında yayılan açıqlamada bildirilib ki, Məscidül-Həramın girişlərində quraşdırılan yüksək texnologiyalı həssas sensorlar sayəsində zəvvarların sayı real vaxt rejimində izlənir.

Səlahiyyətlilərin sözlərinə görə, yeni texnologiyalar izdihamın idarə edilməsini optimallaşdırmaq və giriş-çıxış axınını nizamlı saxlamaq üçün tətbiq edilib. Bundan əlavə, qabaqcıl smart kameralar sıxlığın yüksək olduğu nöqtələri müəyyən etməyə və idarəetməni daha effektiv təşkil etməyə imkan yaradır.

Harameyn İşləri Baş İdarəsi bildirib ki, bu sistem ilkin mərhələdə əsas girişlərdə tətbiq ediləcək və gələcəkdə Məscidül-Haramın bütün ərazisini əhatə edəcək.

Qeyd edək ki, Məkkə və Mədinədə müqəddəs yerlərlə bağlı qurum və təşkilatlar Harameyn İşləri Rəisliyinin nəzarətindədir.

Digər Kateqoriyalar

2025 © Azervoice