BAKI,AzerVoice
Səudiyyə Ərəbistanının neft nəhəngi "Saudi Aramco" 2024-cü ildə 106.2 milyard dollar xalis mənfəət əldə edib. AzerVoice xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 12.39% azalma (121.3 milyard dollar) deməkdir.
Şirkət Səudiyyə Ərəbistanının fond bazarına ("Tadawul") təqdim etdiyi açıqlamada gəlirin azalması, satışlarla bağlı digər gəlirlərin aşağı düşməsi, əməliyyat xərclərinin artması, maliyyə gəlirlərinin və digər gəlirlərin azalmasının mənfəətə təsir etdiyini bildirib. Bununla belə, gəlir vergisi və çirkətin veridiyi zəkatın azalması bu təsiri qismən kompensasiya edib.
Şirkət ümumi 21.36 milyard dollar dividend ayıracağını elan edib, bu məbləğ aşağıdakı kimi bölüşdürülüb:
-
Əsas dividendlər: 21.14 milyard dollar
-
Performansa bağlı dividendlər: 0.22 milyard dollar
Qeyd edək ki , Saudi Aramco (Saudi Arabian Oil Company) dünyanın ən böyük neft və qaz şirkətlərindən biridir. 1933-cü ildə təsis edilib, Səudiyyə Ərəbistanının dövlətə məxsus enerji nəhəngidir. Şirkət neft hasilatı, emalı və satışı ilə məşğuldur, eyni zamanda qlobal enerji bazarının əsas oyunçularından biri sayılır. 2019-cu ildə dünyanın ən böyük IPO-su (İlkin İctimai Təklif) ilə 25.6 milyard dollar toplayaraq tarixi bir rekorda imza atıb. Aramco, həmçinin dünyanın ən gəlirli şirkətlərindən biridir və Səudiyyə Ərəbistanının iqtisadiyyatında əsas rol oynayır.