Əsas səhifə » Səudiyyə riyalının simvolu dəyişdi

Səudiyyə riyalının simvolu dəyişdi

Bakı, AzerVoice

Səudiyyə Ərəbistanının Mərkəzi Bankı (SAMA) bu gün, 20 fevral 2025-ci il tarixində, Səudiyyə rialı üçün yeni bir simvolun istifadəyə verildiyini elan edib.

AzerVoice xəbər verir ki, simvolun dəyişdirilməsində məqsəd, ölkənin maliyyə və iqtisadi kimliyini yerli, regional və beynəlxalq səviyyələrdə gücləndirmək, milli valyutanın qlobal maliyyə sistemində artan rolunu vurğulamaqdır.

Simvol ən yüksək texniki standartlara uyğun olaraq ərəb xəttindən ilhamlanaraq hazırlanıb və Səudiyyə Ərəbistanının zəngin mədəniyyəti və irsini əks etdirir.

Yeni simvol Səudiyyə rialına istinad edən bütün maliyyə və ticarət əməliyyatlarında istifadə olunacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice