Bakı,
AzerVoice
ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd
şahzadəsi Məhəmməd bin Salman yaxın aylarda görüşəcək.
AzerVoice xəbər verir ki, Səudiyyə
Ərəbistanının Böyük Britaniyadakı səfiri Şahzadə Xalid bin Bəndər
iki liderin mütəmadi əlaqə saxladığını və Ər-Riyadın ABŞ ilə
strateji tərəfdaşlığını qorumağa çalışdığını bildirib.
O, Trampın prezidentliyi dövründə dünyanın sonunun gəlmədiyini,
əksinə, bəzi bölgələrdə vəziyyətin yaxşılaşdığını vurğulayıb.
Şahzadə Xalid bin Bəndər həmçinin bildirib ki, Ər-Riyad Qəzzada
"Riviera" layihəsini alqışlayır, lakin bunun fələstinlilərin
köçürülməsi ilə baş verməsinə qarşıdır.
O, fələstinlilərin öz torpaqlarında qalmaq istədiyini vurğulayıb və
onların yaşayış şəraitinin yaxşılaşdırılmasını dəstəklədiklərini
bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qəzzanın turistik
bölgəyə çevrilməsi və fələstinlilərin başqa ölkələrə köçürülməsi
ilə bağlı təklifləri ərəb dünyasında və Avropada sərt reaksiyalar
doğurub.
İsrailin baş naziri Netanyahu isə fələstinlilər üçün Səudiyyə
Ərəbistanında dövlət qurulmasını təklif edib ki, bu da geniş
tənqidlərə səbəb olub.