Bakı,AzerVoice
Səudiyyə Ərəbistanı 2027-ci ildə ilk dəfə keçiriləcək Olimpiya E-idman Oyunlarına ev sahibliyi edərək tarix yazmağa hazırlaşır. AzerVoice xıbır verir ki, bu, ölkənin oyun və e-idman sahəsində qlobal lider olma istiqamətində atdığı mühüm addımlardan biridir.
Bu Beynəlxalq Olimpiya Komitəsinin, Səudiyyə Ərəbistanı ilə daha gənc auditoriyanı cəlb etmək məqsədi daşıyan 12 illik razılaşmanın nəticəsidir.
Səudiyyə E-idman Federasiyasının sədri, Şahzadə Faysal bin Bandar bin Sultan, "Əyləncədən Kənarda Oyunlar: Cəmiyyəti Yenidən Düşünmək və Səudiyyə Ərəbistanının Gələcəyini Formalaşdırmaq" adlı panel müzakirəsində çıxışında bildirib ki, “Gələcəkdə bir neçə dəfə bu cür tədbirlərə ev sahibliyi etməyi planlaşdırılır.”
Krallığın iqtisadi və texnoloji transformasiyaya yönəlmiş Vision 2030 təşəbbüsü çərçivəsində oyun və e-idman sektoru mühüm sahələrə çevrilib. Şahzadə Faysal, “Krallığın 2030-cu ilə qədər oyun və e-idman sahəsində qlobal mərkəz olacaəını bildirib” – deyə o bildirib.
“Səudiyyənin bu sahədə lider olmasını istəyirik. Kimsə oyun və e-idman sahəsində karyera barədə düşünəndə, Səudiyyə Ərəbistanını da digər əsas oyun mərkəzləri kimi tez bir zamanda nəzərə alacaq” – deyə o bildirib.
Şahzadə Faysal, həmçinin oyunların immersiv (cəlbedici) təbiətini vurğulayaraq, oyunların fərdlərin məzmunla passiv deyil, aktiv şəkildə qarşılıqlı əlaqə qurduğu yeganə vasitə olduğunu qeyd edib.
“Bir neçə il əvvəl apardığımız araşdırma göstərdi ki, əhalimizin 67 faizi özünü oyunçu hesab edir,” – deyə Şahzadə Faysal bildirib. O, həmçinin oyun icmasının inklüzivliyini vurğulayıb: Səudiyyəli oyunçuların 48 faizi qadın, 52 faizi isə kişilərdir.