Əsas səhifə » Səudiyyə və Pakistan birgə hərbi dəniz təlimləri keçirir

Səudiyyə və Pakistan birgə hərbi dəniz təlimləri keçirir

BAKI, AzerVoice

Səudiyyə Ərəbistanının Kral Hərbi Dəniz Qüvvələri (RSNF) Pakistan Hərbi Dəniz Qüvvələri ilə birlikdə Ərəb dənizində keçirilən ikitərəfli "Naseem Al Bahr 15" dəniz təlimində iştirak edir.

AzerVoice xəbər verir ki, təlimin məqsədi hər iki ölkənin hərbi dəniz qüvvələri arasında hərbi əməkdaşlıq və koordinasiyanı gücləndirməkdir.
Təlim planlaşdırma, icra və qiymətləndirmə daxil olmaqla, dəniz müharibəsi əməliyyatlarının bütün aspektlərini əhatə edir.

Səudiyyə Hərbi Dəniz Qüvvələri təlimə hərbi gəmilər və helikopterlə, Pakistan Hərbi Dəniz Qüvvələri isə hərbi gəmilər, qayıqlar və sualtı qayıqlarla iştirak edir. Təlimlərdə Pakistan Hərbi Hava Qüvvələri də dəstək göstərir.

Təlimin komandanı, kontr-admiral Saleh bin Abdullah Əl-Əmri qeyd edib ki, "Naseem Al Bahr 15" təlimi səth, hava və sualtı müharibəsi, qeyri-müntəzəm müharibə və humanitar əməliyyatlar sahəsində dəniz əməliyyatlarının döyüş qabiliyyətini artırmağı hədəfləyir.

O əlavə edib ki, təlim eyni zamanda dəniz təhlükəsizliyi əməliyyatlarını həyata keçirmək, su yollarını qorumaq, həmçinin baxış və yoxlama hüququnu yerinə yetirmək sahəsində iştirakçıların səmərəliliyini artırmağı da nəzərdə tutur.

Digər Kateqoriyalar

2025 © Azervoice