Əsas səhifə » Ümrə ziyarəti üçün peyvənd tələbi ləğv edildi

Ümrə ziyarəti üçün peyvənd tələbi ləğv edildi

Bakı, AzerVoice

Səudiyyə Ərəbistanına Ümrə ziyarəti üçün səfər edənlərə qarşı əvvəllər məcburi olan Neisseria meningit peyvəndi ilə bağlı yeni qayda tətbiq olundu.

AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi (GACA) tərəfindən yayımlanan yeni qərarla meningit peyvəndi məcburiyyətinin dayandırıldığı bildirildi.

Keçən ay yayımlanan və meningit peyvəndini məcburi edən təlimatı ləğv edən göstəriş, Səudiyyə Ərəbistanındakı hava limanlarında fəaliyyət göstərən bütün aviaşirkətlərə göndərildi.

10 yanvarda yayımlanan və daha sonra ləğv edilən qərarda, ölkəyə gələn ümrə ziyarətçiləri üçün peyvənd məcburi idi. Meningit peyvəndi Səudiyyə Ərəbistanına çatmazdan ən çox 3 il əvvəl və ən az 10 gün əvvəl vurulmalı idi.

Digər Kateqoriyalar

2025 © Azervoice