Əsas səhifə » Fələstin dövlətinin yaradılması ilə bağlı mövqeyimiz dəyişməzdir - Səudiyyə

Fələstin dövlətinin yaradılması ilə bağlı mövqeyimiz dəyişməzdir - Səudiyyə

Bakı, AzerVoice

Səudiyyə Ərəbistanı ABŞ prezidenti Donald Trampın İsraillə normallaşma üçün Fələstin dövlətindən imtina etməsi ilə bağlı iddialarını qətiyyətlə rədd edib.

AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi X sosial şəbəkə platformasında məsələ ilə bağlı rəsmi açıqlama yayıb.

Bəyanatda bildirilib ki, Səudiyyə Ərəbistanının Fələstin dövlətinin yaradılması ilə bağlı mövqeyi dəyişməzdir və bu prinsip Vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən dəfələrlə açıq şəkildə vurğulanıb.

Belə ki, 18 sentyabr 2024-cü ildə Şura Şurasının 9-cu iclasının açılışında Bin Salman paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövləti qurulmayana qədər İsraillə diplomatik əlaqələr qurmayacaqlarını bəyan edib.

Bəyanata görə, Fələstin xalqının hüquqları beynəlxalq hüquq çərçivəsində qorunmalıdır. Fələstin torpaqlarında davam edən zorakılıq və işğala qarşı beynəlxalq ictimaiyyət fəal mövqe tutmalıdır. Səudiyyə Ərəbistanı üçün İsraillə normallaşma məsələsi yalnız ədalətli və daimi sülh kontekstində mümkündür.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda keçirdiyi mətbuat konfransında, Səudiyyə Ərəbistanının İsraillə normallaşma üçün Fələstin dövlətinin yaradılmasını tələb edib-etmədiyi sualına “xeyr, onların belə bir xahişi yoxdur” cavabını vermişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice