Əsas səhifə » Trampın ilk xarici səfəri hara olacaq?

Trampın ilk xarici səfəri hara olacaq?

BAKI,AzerVoice
ABŞ prezidenti Donald Tramp bu gün (bazar günü) bildirib ki, onun ilk xarici səfəri Səudiyyə Ərəbistanına ola bilər.AzerVoice xəbər verir ki, səudiyyəli rəsmilər Trampın ehtimal edilən səfəri üçün hazırlıqların başlandığını təsdiq ediblər.

Əbu İvanka və Səudiyyə-Amerika münasibətlərində ikinci raund
Donald Trampı ərəbləri böyük əksəriyyəti Əbu İvanka – yəni İvankanın atası adlandırır. Onun ABŞ prezidentliyinə qayıdışının Səudiyyə-Amerika münasibətlərinə necə təsir edəcəyi hələ aydın deyil.
Səudiyyə-Amerika münasibətlərində dəyişiklik gözləntisini ifadə etmək hələ tezdir, lakin güman edilir ki, münasibətlər Trampın ilk dövründə əvvəlki təcrübənin yanaşmasına uyğun olacaq. Ən azə krallıqda bu düşüncədədirlər.

Qeyd edək ki, Tramp ABŞ prezident təyyarəsi "Air Force One"da jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, onun xarici səfər üçün ilk istiqaməti "Səudiyyə Ərəbistanı ola bilər", baxmayaraq ki, ABŞ prezidentlərinin ənənəvi olaraq ilk səfərlərini Böyük Britaniyaya etdikləri məlumdur.

Digər Kateqoriyalar

2025 © Azervoice