BAKI,AzerVoice
Suriyanın gələcəyi nikbindir və yaxın zamanda Livana da səfər edəcəyəm. AzerVoice xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının XİN rəhbəri şahzadə Feysəl bin Fərhan deyib. İsveçrənin Davos şəhərində keçirilən "Dünya İqtisadi Forumu 2025"-in kənarındakı "Xaos dövründə diplomatiya" mövzusunda keçirilən ümumi iclasda çıxış edən şahzadə Feysəl, Suriyanın müsbət istiqamətə doğru dəyişməsi üçün böyük bir fürsət olduğunu qeyd etdi.
Nazir bildirdi ki, yeni Suriya rəhbərliyi "gizli və açıq şəkildə
düzgün fikirlər səsləndirir" və beynəlxalq ictimaiyyətlə düzgün
istiqamətdə irəliləmək üçün əməkdaşlıq etməyə açıqdır.
"Suriya rəhbərliyi əməkdaşlıq etmək üçün böyük bir istək və
qətiyyətli niyyət göstərir"-deyə o qeyd edib.
Suriya üzərində tətbiq olunan sanksiyaların qaldırılması üçün daha çox səy göstərilməsinin vacibliyini vurğulayan Feysəl bin Fərhan, beynəlxalq ictimaiyyəti bu sanksiyaları ləğv etməyə, Suriyanın keçid mərhələsində dəstək olmağa və xalqına yardım etməyə çağırıb.
Şahzadə, həmçinin bu həftə Livana səfər etməyi planlaşdırdığını açıqlayıb və uzun müddət davam edən boşluqdan sonra prezidentin seçilməsini “çox müsbət” bir hadisə kimi qiymətləndirib. "Lİvanda real islahatların həyata keçirildiyini görmək istəyirik ki, bizim iştirakımız artsın. İndiyə qədər aparılan müzakirələr nikbinliyə səbəb olub".-deyə Xİn rəsmisi bildirib.