Əsas səhifə » Səudiyyədə İnsan Hüquqları Komissiyasının Şurası təşkil olunub

Səudiyyədə İnsan Hüquqları Komissiyasının Şurası təşkil olunub

BAKI,AzerVoice

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin sərəncamı ilə İnsan Hüquqları Komissiyasının beşinci dövrü üçün dörd illik yeni şura formalaşdırılıb.AzerVoicə xəbər verir ki, komissiyanın 22 sentyabr 2022-ci ildən bəri rəhbəri olan Dr. Hələ əl-Tüveycri, Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə, baş nazir Məhəmməd bin Salmanın dəstəyini yüksək qiymətləndirib.
O, onların komissiyanın insan hüquqlarının qorunması və bu sahədə məlumatlılığın artırılması sahəsindəki rolunun gücləndirilməsi üçün verdikləri töhfələrin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, o, əvvəlki üzvlərin iş müddətində göstərdikləri səyləri də dəyərləndirib.

Digər Kateqoriyalar

2025 © Azervoice