Əsas səhifə » Səudiyyə ABŞ ilə əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir

Səudiyyə ABŞ ilə əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir

BAKI,AzerVoice

Səudiyyə Ərəbistanı bazar ertəsi günü ABŞ ilə müxtəlif sahələrdə, xüsusilə Yaxın Şərqin qarşı-qarşıya olduğu cari problemlər fonunda əməkdaşlığın davam etdirilməsinə ümid etdiyini ifadə edib.AzerVoice xəbər verir ki, bu ifadələr , ölkəni ABŞ prezidentinin andiçmə mərasimində və müşayiət edən tədbirlərdə təmsil edən ABŞ-dakı səfir, şahzadə Rima bint Bəndər bin Sultan tərəfindən səsləndirilib. Şahzadə, Kral Salman bin Əbdüləzizin və vəliəhd şahzadə, baş nazir Məhəmməd bin Salmanın prezidentə təbriklərini və yeni vəzifələrində uğurlar arzuladıqlarını çatdırıb.

Şahzadə Rima bint Bəndər iki ölkə arasında tarixi münasibətlərin və strateji tərəfdaşlığın əhəmiyyətinə toxunaraq: "Təxminən 80 il əvvəl, 1945-ci ilin fevralında, mərhum kral Əbdüləziz Al Səud ilə ABŞ-ın keçmiş prezidenti Franklin Ruzvelt görüşüb və iki dost ölkə arasında möhkəm münasibətlərin təməli qoyulub."-deyib.

"O vaxtdan bəri, iki ölkə arasında strateji tərəfdaşlıq təhlükəsizlik və sülhü gücləndirməklə yanaşı, bir çox siyasi və iqtisadi çətinliklərin öhdəsindən gəlməyi bacarıb." –deyə o qeyd edib.

Şahzadə, onilliklərə dayanan Səudiyyə-ABŞ münasibətlərinin dərinliyini vurğulayaraq, bu əlaqələrin siyasi, iqtisadi və inkişaf sahələrini əhatə etdiyini və qlobal sabitliyi və təhlükəsizliyi təşviq edən bir tərəfdaşlıq çərçivəsində inkişaf etdiyini qeyd edib.

Səudiyyə səfiri sosial şəbəkə platforması "X"-dəki paylaşımında deyib: "İki ölkə arasındakı əlaqələr tarixi bir xarakter daşıyır və xalqlarımız, bölgəmiz və dünya naminə birlikdə işləməyə davam etməyi səbirsizliklə gözləyirik."

Digər Kateqoriyalar

2025 © Azervoice