Ərəfat müqəddəs yerlərdən biridir və Məkkədən təqribən 22 kilometr aralıda olan Rəhmət dağı kimi tanınan Ərəfat dağıdır.
Bura Minanın 10 kilometrliyində, Müzdəlifənin isə 6 kilometrliyindədir. Uzunluğu 300 metrdir və zirvəsində 7 metr hündürlüyündə işarəsi var ki, bu da onu digər dağlardan fərqləndirir.
Ərəfat bölgəsində vəqf adlanan həccin ən mühüm mərasimi Zilhiccə ayının doqquzuncu günü keçirilir.
Həzrət Muhəmməd (sallallahu aleyhi və səlləm) bu barədə buyurmuşdur: “Həcc Ərəfatdır”.
Deyirdilər ki, Ərəfata bu adı ona görə veriblər ki, insanlar orada bir-birini tanıyır və eləcə də tanış olur.
Deyilənə görə, Cəbrayıl mələk İbrahim əl-Xəlilin peyğəmbərlə bu dağın ətrafında dolaşıb.
Buranın Ərəfat adlandırılmasınən səbəblərindən biri də Adəm və Həvvanın cəntədn qovuldauqdan sonra məhz burda görüşmələridir.
Ərəfa dağı Quran mətnində qeyd edildiyi kimi Ərəfat adı ilə tanınır.
Quranda bu haqda belə deyilməkdədir: “(Həcc mövsümündə) Rəbbinizdən gələcək bir lütf (qazanc) axtarmağınız sizə günah deyildir. Ərəfatdan axın edib gəldiyiniz zaman Məşəri-haramda Allahı zikr edin! Sizə göstərdiyi şəkildə Onu zikr edin! Həqiqətən, siz bundan əvvəl zəlalətdə idiniz” ( Bəqərə surəsi 198)
Ərəfat sözü bəzi insanların düşündüyü kimi Ərəfa sözünün cəmi deyil, əksinə cəm formasında olan təkdə istifadə olunan sözdür. Ərəb dilində dağların qövsü ilə əhatə olunmuş geniş bir torpaq sahəsi anlamınıverir.
Bu dağın başqa adları da var məsələn – Cəbəl-Rəhmə, Əl-Qurain, ən-Nabit və Cəbəl İlal.
Ərəfatın hüdudlarına gəlincə isə, İbn Abbas – radıyallahu anhu – deyir: “Ərəfatın sərhədi Urnənin mərkəzinə baxan dağdan onun dağlarına, Malik ailəsinin sarayına və Vadi Ərəfata qədərdir”
Bütün Ərəfat ərazisi Hil bölgəsində, yəni Hərəmin hüdudlarından kənardadır. Ancaq Ərəfat sərhədi Hərəm sərhədinin bitdiyi yerdən başlamır və arada Urene vadisi var. Bu gün Hərəm sərhədinin bitdiyi nöqtələr xəbərdarlıq işarələri ilə, Ərəfat sərhəddi isə divar kimi görünən iri sərhəd daşları ( alem ) ilə işarələnir .
Ərəfatda vəqfə vaxtı Ərəfə günü (9 Zilhiccə) gün batdıqdan sonra başlayır və ertəsi gün səhərə qədər davam edir. Sünnəyə əməl etmək üçün vacib olan Zilhiccə ayının doqquzuncu günündən sonra Ərəfat sərhədlərinə daxil olmaq olsa da, zəvvarların əksəriyyətinin Zilhiccə ayının səkkizinci günü Ərəfata hərəkət etməsi və gecələməsi adət halını almışdır. orada birlikdə hərəkət etmək zərurətindən irəli gəlir. Ərəfatda günəş batana qədər qalmaq vacibdir