Bakı, AzerVoice
Səudiyyə Ərəbistanı yol şəbəkəsinə qoşulma üzrə dünya miqyasında birinci yerdədir və G20 ölkələri arasında yol keyfiyyətinə görə dördüncü yerə yüksələrək əhəmiyyətli addımlar atıb.
AzerVoice ArabAz-a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Nəqliyyat və Logistika Naziri Saleh Əl-Cəssir 50 ölkədən 1000-dən çox ekspertin qatıldığı “Sabah üçün innovasiyalar” mövzusunda Yol Təhlükəsizliyi və Davamlılıq Konfransında açılış nitqi zamanı deyib.
O qeyd edib ki, bu nailiyyətlər Krallığın yol hərəkəti təhlükəsizliyini artırmaq üçün davam edən səylərinin bir hissəsidir və bu, yol-nəqliyyat hadisələrinin təqribən 50% azalmasına səbəb olmuşdur.
Nazir Krallığın yol şəbəkəsinin təhlükəsizliyini və keyfiyyətini qorumaq üçün çoxsaylı təşəbbüslər həyata keçirdiyini vurğulayıb.