BAKI,AzerVoice
İslam tarixində ən sevilən şəxslərdən biri də, Allah'ın Arslanı" və "Şəhidlərin Əfəndisi" ləqədbləri ilə tanınan peyğəmbərin əmisi olan həzrəti Həmzədir.
Həmzə peyğəmbərimizin əmilərinin ən kiçiyidir. Atası Abdulmuttalib, anası isə Halədir. Rəsulullah onu çox sevirdi. Çünki o, təkcə onun sevimli əmisi deyil, həm də süd qardaşı və uşaqlıq dostu idi. Hər ikisinin uşaqlıq illəri bir yerdə keçmişdi.
Həmzə islamı necə qəbul etdi?
Qüreyşlilər arasında qəhrəmanlığı və şücaəti ilə məşhur olan Həmzə
məkkəli gənclərin ən qəhrəmanı idi. O, qardaş oğlunun (Peyğşmbərin)
əxlaqi mükəmməlliyini bilir, onu sevir və olduqca hörmət edirdi.
Peyğəmbər ticarətlə məşğul olduğu zaman böyük həsrətlə karvanına
qoşulmaq istəyirdi. Aşağıdakı hadisə onun İslama gəlməsinə səbəb
oldu:
Bir gün sevimli peyğəmbərimiz Səfa təpəsində oturarkən Əbu Cəhl
yanından keçib onu təhqir etdi. peyğəmbərimiz heç nə demədən susdu.
Abdullah b. Cüd'anın cariyəsi bunun şahidi oldu. O zaman Həmzə də
ovdan qayıdırdı və həmişə olduğu kimi, evə getməzdən əvvəl Kəbəni
təvaf etmək üçün Hərəmi-Şərifə gəldi. Abdullahın cariyəsi onu
görəndə Əbu Cəhlin peyğəmbərimizə etdiklərini Həmzəyə anlatdı.
Həmzə hələ iman gətirməmişdir. Lakin qardaşı oğlunun ünvanına
edilən təhqirləri eşidəndə qohumluq əlaqəsi coşdu və o, birbaşa
Qüreyş camaatının içinə getdi və Əbu Cəhlə yaxınlaşaraq dedi:
“Qardaşımın xətrinə dəyən sənsən?” dedi və bundan sonra da əlindəki
ox ilə başını yardı. Bu hadisəni görən Qüreyşlilər Həmzəyə hücum
etmək istəsələr də Əbu Cəhl “ Dayanın Həmzənin buna haqqı var. Mən
onu qardaşı oğlunu təhqir etmişdim” deyir.
Əbu Cəhlin ən ehtiyat etdiyi şey, Həmzənin müsəlman olması idi.
Əbu Cəhl açıq çəkildə "Həmzə bizə qəzəblənsə müsəlman olacaq və
Məhəmməd onunla güclənəcək”-deyirdi.
Bu hadisədən sonra Həmzə peyğəmbərin yanına gələrək ona təsəlli
vermək istədi. Peyğəmbər ona İslamı qəbul etməyi təklif etdi və
Həmzə dərhal şəhadət gətirərək İslamı qəbul etdi.
Həmzə İslamın ilk bayraqdarı oldu.
Peyğəmbər Bədrdə "Qalx, Übeydə! Qalx, Həmzə! Qalx, ya Əli!"
deyəndə; Üçü də ayağa qalxıb döyüş meydanına girdədilər.
Həmzə Uhudda da böyük qəhrəmanlıqlar göstərdi. O, Qüreyşin ən
qüdrətli üzvlərindən otuz nəfərə yaxınını məğlub etdi, özü də
iyirmidən çox yara aldı və nəhayət, Vəhşi adlı zənci kölə
tərəfindən atılan nizə şəhid edildi.Peyğəmbər nə zaman Uhud
döyüşündən danışardı sa Həmzəni yad edər və “Həmzə şəhidlərin
əfəndisidir”- deyərdi.