287
Bakı,AzerVoice
Bu səsli kitab müxtəlif ixtisas sahiblərinin diqqətini mühüm
qnoseoloji mövzuya cəlb etməyi məqsəd güdən müxtəsər tədqiqat
işidir. Qoy onlar öz ixtisasları çərçivəsində mövzunun müxtəlif
tərəflərinə toxunsunlar, problemlərini tədqiq etsinlər. Nəticədə
mövzu “cilalanacaq”, bir metodologiya olaraq müxtəlif bilik
problemlərinin həllində öz rolunu oynayacaqdır. Elmin fəlsəfəsi,
din tədqiqatları, ictimai-humanitar elm sahələri, ideoloji mövzular
– bütün bu sahələrdə yuxarıdakı metodologiyanın imkanlarından
istifadə etmək mümkün olacaqdır. Bu səbəbdən biz bacarıqlı
mütəxəssisləri bu mühüm mövzunu dərindən tədqiq etməyə
çağırırıq.