Əsas səhifə » İslam və İspan mədəniyyəti
Din

İslam və İspan mədəniyyəti

Bakı,AzerVoice

İslam elmi Qərbə əsasən müsəlman İspaniyası yolu ilə daxil olmuşdur. Çox sayda qeyri-müsəlman İslam adətlərini, geyimlərini götürmüş, həm şəxsi, həm də ictimai həyatda ərəb dilindən istifadə etmişdir. Müsəlmanlar kimi yəhudi və xristian tələbələr də İspaniyadakı İslam univer- sitetinə gedirdilər. Xristian bir tələbə və Əndəlüsdə riyaziyyat və təbiət elmləri oxuyan Jerbert daha sonra Papa II Silvester (946-1003) kimi tanınmışdır. Müsəlman mək- təblərində oxuması üçün İspaniyaya göndərilən bir digər məşhur xristian tələbə isə Roma-German İmperatorluğunun banisi Böyük Karldır.

Araqonun ilk krallarından I Peter yalnız ərəb hərfləri ilə yaza bilirdi. Xristianlar ərəb ədəbiyyatına o qədər aludə idilər ki, Kordovalı Alvaro (ö. 861) onları müsəlmanların kitabları ilə çox məşğul olmaqla ittiham edirdi. Xristianlar ərəbcə kitabları oxumaqda israr etdikləri üçün Sevilyalı Con İncili ərəb dilinə tərcümə etmək məcburiyyətində qalmışdır.

İslamın gəlişindən təxminən beş əsr sonra ərəbcədən latın dilinə tərcümələrin başladığı yer müsəlman İspaniyası olmuşdur. Bu proses əsasən Seqovianın Arxidiakonu Domininqo Qundisalvon ilə köməkçisi Sevilyalı Conun təşəbbüsləri ilə həyata keçmişdir. Qundisalvonun əsərlərində də müsəlman təsiri duyulur. (özünəməxsus orijinal ‘fikirlər’ deyə təqdim etdiyi) Digər avropalılar da müsəlmanların əsərlərini “mənimsəmiş” və öz adları ilə nəşr etdirmişlər.

Qundisalvonun tərcümələrini digərləri davam etdirmişdir. Dalmatiyalı Hermanın (1100-1160) tərcümələri əsasən elmi idi və Makritinin (950-1007) Ptolemeyin “Planisferyum” (“Ulduzların xəritəsi”) adlı əsərinin ərəbcə nəşrini də ehtiva edirdi. Santallalı Hüqo və Tivolili Platon da elmi əsərlərə fokuslanmışdılar.

Çesterli Robert Quranı ilk dəfə latınca tərcümə edən şəxsdir. Robertin mühüm tərcümələrindən biri də Xarəzminin cəbr haqqındakı risaləsidir. “Bu tərcümənin qiyməti çox bilinməmişdir”.

Le Qoff “Medieval Civilization 400-1500” (“Orta əsrlər mədəniyyəti 400-1500”) adlı əsərində xristianların Yunan fəlsəfəsi və elmindən İslamın tibb və müxtəlif sahələrdəki müsəlman İspaniyasından əldə etdiyi elmi mirasdan bəhs edir. Le Qoff XII əsrin ingilis keşişlərin “ərəb mədəniyyətinə böyük maraqları” olduğunu bildirir. Qətiyyətlə demək mümkündür ki, bütün Avropa İslam mədəniyyətinə böyük hörmət bəsləyirdi. Belə ki, Le Qoffun nəql etdiyinə görə, Batlı Adelard öz fikirlərini cəmiyyətdə qəbul etdirə bilmək üçün onların ərəblərə aid olduğunu demişdir.

Bağdadda özünün inkişaf dövrünü yaşayan ədəbiyyat Avropada xristianlar arasında böyük rəğbət görürdü. Ərəbcə əsərlərin latın dilinə tərcümə edilməsi məsələsində qərarlı olan keşişlər tərcümələrə qarşı laqeydlik göstərməkdə ittiham edilirdilər. Bütün bunlara baxmayaraq, həmin hekayələr təsirli idi, çünki “zarafatyana orijinalının ərəbcə olduğu deyilən Servantesin əsəri “Don Kixot” ispan ədəbiyyatı üçün bir model idi”.

XII əsrin ikinci yarısı ilə XIII əsrin birinci yarısı tərcümə fəaliyyətlərinin qızıl dövrü idi. Burada tərcümə əsərlərin çoxu elmi tədqiqatlar, tibb və fəlsəfə sahəsinə aid idi. Həmçinin ilahiyyat da daxil olmaqla digər mövzularda əsərlər tərcümə olunmuşdur. Yetmiş cild əsər tərcümə etdiyi bildirilən Kremonalı Cerard (1114-1187) tərcüməçilərin “ən böyüyü” qəbul edilmişdir. Hitti onu “Toledolu tərcüməçilərin ən məhsuldarı” adlandırır. Mayers də onun “bir tərcümə məktəbinə rəhbərlik etdiyinə” inanır. O, məntiq, fəlsəfə, riyaziyyat, astronomiya, tibb və astrologiya sahələrində əsərlər tərcümə etmişdir. Tərcümə karyerası özünü elmə həsr etməsi və öyrənmə eşqi ilə birlikdə başlamışdır. Məqsədi Ptolemeyin “Almagest” (“Ast- ronomiyanın böyük riyazi harmoniyası”) adlı əsərini tərcümə etmək idi və buna görə də ərəbcə öyrənmək üçün Toledoya getmişdir.

Cerardın son dərəcə əhəmiyyətli olan başqa bir tərcüməsi isə İbn Sinanın ən mühüm tibb əsəri olan “Qanun”udur. Qabrieli Cerardın “ellinistik ərəb elminin bütün sahələrində” fəaliyyət göstərdiyini bildirir. Həyatının böyük bir hissəsini Toledoda keçirmişdir. Qabrielinin fikrinə görə, tərcümə sahəsində “elm tarixində əsla yox olmayacaq bir şöhrətə qovuşduqdan” sonra bu şəhəri tərk etmişdir. Mayers “Cerardın əsərinin təsirinin möhtəşəm olduğunu” qeyd edir. Çünki “fəlsəfə, riyaziyyat, astronomiya, fizika, tibb və kimya sahələrində yunan və ərəb xəzinələrini latın dilinə tərcümə etmiş və universitetlərin qurulmasına zəmin hazırlamışdır”. Hər zaman vurğulandığı kimi, bu tərcümələr Avropa elmlərinin başlanğıcı olmuşdur.
Bir müddət tərcümələr ərəb dilindən latın dilinə olmuşdur. Bu əsərlərə süryani və yaxud yunancadan ərəbcəyə tərcümə edilən və klassik yunan elmi mirasını ehtiva edən əsərlər də daxildir. Nəticə olaraq, müsəlmanlar xristianlarda klassik əsərlərə qarşı maraq oyandırmış və xristian alimlərin yunanca əsərlərin latıncaya tərcümə fəaliyyətinin başlamasına səbəb olmuşdur.

Orijinal ərəbcə mətnlərdən ibricəyə tərcümələrdə də bir artış görülmüşdür. Bu tərcümələr həm İslam elmi mirasını yəhudilərə nəql etmiş, həm də ibricə qarşılığı olmayan sözlərin ərəbcə qarşılığının dilə daxil edilməsi kimi bir faydası da olmuşdur. Luis “erkən ibricənin elmi və fəlsəfi söz xəzinəsinin bu şəkildə təşəkkül etdiyini” bildirir.

Əgər Qranada süqut etməsəydi və ardınca xristianların müsəlman elminə verdiyi dəyər azalmasaydı, ərəb dilin- dən latın dilinə daha çox əsər tərcümə olunardı. Müsəlmanlara qarşı amansızca dini bir kampaniya başladan Kardinal Ximenez de Sisneros ərəbcə kitabları topladıb yandırmışdır. Lakin II Filip iki min cild əsəri xilas etmiş və Madridin yaxınlığındakı Eskorialda gizlətmişdir. Onun xələfi III Filip də ispaniyalı dəniz quldurlarından əldə etdiyi üç-dörd minə yaxın kitabı Eskoriala göndərmişdir.

Hitti qeyd edir ki, “XIII (hicri VII) əsrin sonlarına doğru ərəb elm və fəlsəfəsi artıq Avropaya nəql olunmuş və İspaniyanın vasitəçilik vəzifəsi də sona çatmışdır”. Buradakı universitetlər İspaniyanın süqutu və müsəlmanların bu torpaqlardan çıxarılmasından sonra əsla inkişaf etməmişdir.

Müsəlmanların diqqətdən kənar tutulmuş kitabları və əlyazmaları hələ də mövcudur, lakin onlar Avropada kilsə və dövlət kitabxanalarında qıfıl arxasında saxlanılır. Müsəlman dünyasındakı kitabxanalarda hələ də kəşf olunmağı gözləyən çox sayda əsər mövcuddur. Əl- Həsən və Hill qeydiyyata alınan əsərlərin sayının iki yüz əlli min olduğunu qeyd edir. Meyerof bu kolleksiyalar haqqında bir qədər məlumat verir. Yalnız İstanbulda “on minlərlə əlyazması olan səksəndən artıq məscid kitabxanası” mövcuddur. Qahirə, Dəməşq, Mosul və Bağdadda olduqca geniş kolleksiyaları olan kitabxanaların siyahısını verir. İspaniyadakı Eskorial Kitabxanasını “Qərbdə İslam elmi mirasının böyük bir hissəsini ehtiva edən bir arxiv” adlandırır.

Hər tərcümə elmi məqsədlə həyata keçirilmirdi. Məsələn, dominikanlar Avropada ilk dəfə Oriental Tədqiqatlar məktəbini qurmuşdular ki, Hittiyə görə, bu məktəbin tək məqsədi “müsəlmanlar və yəhudilər üçün missionerlər” yetişdirmək idi.

Xristianların müsəlmanların elmi mirasına qarşı ziddiyyətli münasibətinin ən bariz nümunəsini Ramon Lullun (1232-1351) həyatında görmək mümkündür. Müsəlman elmlərini tədqiq etdiyi üçün “sehirbazlıq və əlkimya ustası” adlandırılmışdır. Foks Lullun ərəb dilini “ərəb quldan” öyəndiyini və Malyorkada bir Fransiskan məktəbində ərəb dili dərsləri tədris etdiyini əlavə edir. Daha sonra ərəb dilindən Şimali Afrikadakı müsəlmanlara xristianlığı öyrətmək və moizə oxumaq üçün istifadə etmişdir. Çox sayda nümunədə görüldüyü kimi, xristian Avropa İslam elmlərini qəbul etməkdə istəksiz idi. Maks Meyerof “ərəbcədən çox yunan dilindən gələn” tərcümələri nümunə göstərir və “ikisi arasında əsasən bir fərq olmasa da, “ellinizm”in “ərəbizm”in qarşısında durduğunu” bildirir.

Avropalı xristianlar saysız-hesabsız elmi oğurluq da etmişdirlər. Meyerof “zoologiyaya dair 1838-ci ildə qədim bir Alman tezisini” oxuduğunu və bu əsərdə keçən “gekonun (bir kərtənkələ növü) zəhərli olmasıyla əlaqəli əfsanələrin Dəmirinin “Heyvanlar aləmi” adlı ərəbcə əsərindən götürüldüyünü”, lakin Dəmiridən heç bəhs olunmadığını qeyd edir. Plessner Maykl Servetusa aid edilən “kiçik qan dövranının” əslində ibn ən-Nəfisin kəşfi olduğunu qeyd edir. Ən mühüm “oğurluq” isə ərəbcədən latıncaya çox sayda tərcümə əsəri olan və onların öz əsəri olduğunu iddia edən afrikalı Konstantin kimi tanınan rahibdir. Kampbelə görə, o bunu “kilsənin təzyiqi ilə” etmişdir. Müsəlman İspaniyasında islam alimi olan İbn Əbduh (ö. 1134) müsəlmanların xristianlara kitab satmasına mane olmağa çalışmışdır, “çünki onlar (xristianlar) bu kitabları tərcümə edir və öz yepiskoplarına aid edirdilər”.

Qərb müsəlmanların müəllifliyini və nüfuzunu gizlətmək üçün başqa yollara da əl atırdı. Doqquzuncu və onuncu fəsillərdə də qeyd olunduğu kimi, müsəlman adlarının latınlaşdırılması və yaxud tamamilə dəyişdirilməsi bunun bir nümunəsidir. Məsələn, adları sadalanan müsəlman alimlərin ərəbcə orijinal adlarını anlamaq mümkünsüzdür: ibn Rüşd “Averroes”, əl-Heysəm “Alhazen”, Əb- dürrəhman əs-Sufi “Azophi” və ibn Yunus “Azerquiel” şəklində latınlaşdırılmışdır.

Lakin ayın xüsusiyyətləri ilə əlaqəli elmə müsəlmanların verdiyi töhfənin təqdir edildiyini də vurğulamaq lazımdır. Əvvəllər ayın xüsusiyyətlərinə avropalı kralların adları verilmişdi. Lakin XVII əsrdə italyalı astronom Qiambattista Rikioli kral adlarını dəyişdirərək töhfələri olan elm adamlarının adlarını qoymuşdur. Yeni adlar arasında on üç müsəlman mövcud idi. Bu adlardan biri də yer üzünün və göylərin kəşfi üçün əlverişli mühit yaradan xəlifə Məmundur. Digər on iki müsəlman ad isə mövzusuna uyğun olaraq astronomlara aiddir. Həmin on üç adı Beynəlxalq Astronomiya İttifaqı (IAU) 1935-ci ildə təsdiqləmişdir.

Digər Kateqoriyalar

2024 © Azervoice