Əsas səhifə » Qurani-Kərimdə adı çəkilən Sövr mağarası
Din

Qurani-Kərimdə adı çəkilən Sövr mağarası

Bakı, AzerVoice/ArabAZ,Əhməd Saleh Hələbi

Qurani-Kərimdəki ətirli ayələr Məkkədə bir çox arxeoloji yerlərdə və tarixi yerlərdə, o cümlədən Sövr dağının zirvəsindəki ezackar  yer olan “Sövr mağarası”nda əbədiləşdirilib.
Quranda bu haqda Tövbə surəsinin 40-cı ayərində danışılır.

Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilin ki,) kafirlər ikinin ikincisini (Sövr mağarasına sığınan iki nəfərdən biri olan Peyğəmbəri Məkkədən) çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna (Əbu Bəkrə): “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, – deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və kafirlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir. (Həzrət Peyğəmbər dostu Həzrət Əbu Bəkrlə Məkkədən Mədinəyə hicrət edərkən müşriklər onları tutmaq üçün axtarışa çıxmışdılar. Onlar da Sövr mağarasına sığınıb gizlənmişdilər. Onların mağarada olduqlarından şübhələnən müşriklər ora yaxınlaşdıqları zaman Həzrət Əbu Bəkr təşvişə düşmüşdü. Ancaq müşriklər mağaranın ağzında göyərçin yuvasını və hörümçək torunu gördükləri zaman geri dönmüşdülər.)
Bu mağara İslam Peyğəmbəri Həzrəti Məhəmmədin və onun ən sadiq dostu olan Əbu Bəkrin Mədinəyə səfəri zaman Məkkə müşriklərindən qorunmaq üçün gizləndikləri mağaradır.

Onlar mağarada ikən Qureyşli müşriklər onları axtarmaq üçün dağa çıxdılar və hətta onların bəziləri mağaranın girişinə qədər gəldilər. Lakin Allah həzrəti Məhəmmədi və Əbu Bəkiri məkkəli müşriklərdən qorudu.

Həzrəti Əbu Bəkir bu hadisəni belə anlatır : “Onlardan kimsə ayağına baxsa idi , mağaranın içində gizlənən bizi görəcəkdi”.

İslam tarixində mühüm tarixi  əhəmiyyətə sahibdir.Mağara Taif şəhərindən və müqəddəs yerlərdən (Ərəfat – Müzdəlifə – Mina) Ciddəyə gedən dairəvi yolun üzərində, Məkkənin cənubunda, “Cəbəl Əxal” kimi tanınan Sövr dağının zirvəsində şimal tərəfdədir. Onun yanında Hicrə rayonu kimi tanınan müasir yaşayış məhəlləsi var.

Dağ dəniz səviyyəsindən 760 metr yüksəklikdə ucalır və mağara nəhəng, içi boş qayadır.

Digər Kateqoriyalar

2024 © Azervoice