Əsas səhifə » Pul qarşılığında Qurani-Kərim oxumaq, oxutmaq, həmçinin öyrətmək olarmı?
Din

Pul qarşılığında Qurani-Kərim oxumaq, oxutmaq, həmçinin öyrətmək olarmı?

Quran öyrətmək müqabilində ödəniş almaq barəsində İslam alimlərinin fərqli fikirləri vardır. Amma, ümumiyyətlə haram olmadığına hökm ediblər.

Buxarinin qeydinə görə, Şabi: "Müəllim müəyyən bir şey verilməsini şərt qoymasın, nə verilərsə, onu alsın." deyib. əl-Hakim: "Müəllimin ödəniş almasını məkruh hesab edən heç kimsə görmədim." demişdir. Hz. Muaviyə'yə bu barədə soruşulduqda: "Onun əmək haqqı almaq hüququnun olduğu fikirindəyəm." deyib.

Həsəni-Bəsri özünü yetişdirən müəllimə on dirhəm ödəmişdir. Bir başqa rəvayətdə Hasan-ı Basri'nin, əvvəlcədən ödəniş şərti qoymağı məkruh hesab etməklə yanaşı: "Müəllimin yazı öyrətməsi müqabilində ödəniş almasında bir günah yoxdur." dediyi rəvayət edilmişdir.

Qatadənin: "İnsanlar üç şey ortaya çıxardılar ki, bunların üzərinə ödəniş alınmaz: Damazlıq aşırtma, mal bölgüsü, tə'lîm." dediyi qeyd olunur.

İslamın əsas dörd hüquq məktəbi olan Hənəfilər isə rukyə üçün ödənişi icazəli görsələr də təlim üçün caiz görməzlər; "Çünki demişlər, Quranın öyrədilməsi ibadətdir, onun ödənişi Allah 'a aiddir." (bax. İbrahim Canan, Kutubu-u Sitə Müxtəsəri və Tərcümə şərhi Akçağ Nəşrləri, III / 349)

Qurani-Kərim'i tilavət etmək böyük ibadətlərdən biridir. Allah təala müxtəlif ayələrdə Qur`an-ı Kərim'i tilavət edən kimsələri mədh və səna edərək böyük nemətlərlə mükafatlandıracağını vəd edir. Hz.Peyğəmbər (s.ə.s.) də Qur'an-ı Kərim'in hər hərfi üçün on həsənə olduğunu müjdələyir. Yalnız başqası üçün Qur'an-ı Kərim'i tilavət etmək barəsində ixtilaf vardır. İslamın ikinci ən böyük hüquq məktəbinin banisi sayılan İmam Şafi ilə bir çox səhabələr namaz, oruc və zəkat kimi ibadətlər başqası üçün caiz olmadığı kimi, tilavət də başqası üçün caiz olmaz deyirlər .( Muğni'l-Muhtac, III / 70.)

Hənəfi üləması ilə Şafi uləmasının bir qisimi, duaya qiyas etmək surətiylə başqası üçün Quran-Kərim'i oxumaq caizdir deyirlər.

Ancaq Şafii məzhəbinə görə Qəbristanlıqda və meyidin yanında Qurani-Kərimi oxumaq rəhmətin enməsinə səbəb olduğu kimi, birisini ürəkdən xatırlayıb oxunan "Qurani-Kərimin savabı qədər filan adama ver." deyərək, dua etmək də xatırlanan adamın (kimsənin) rəhmətə nail olmasına vəsilə olar. Və bu halda tilavət ödənişi alına bilər .( Tuhfətü'l-Muxtac, Bİ / 158.)

Onu da qeyd edək ki, Qur'an'ın oxunması ölüyə getməz, oxunmasından dolayı Allah'ın lütf etdiyi savab ölüyə hədiyyə edilər. Bu səbəblə məqsədi pul almaq olan bir insan pul üçün Qur'an oxusa ibadət sayılmayacağından dolayı savab gözləmək də doğru deyildir. Bu səbəblə də alimlər Qur'an pul üçün oxunmaz deyiblər.

Amma Hənəfi məzhəbində isə ta'at və ibadət qarşılığında ödəniş almaq haram olduğundan Qur'ân-ı Kərîm'i mənfəət qarşılığı oxumaq caiz deyildir.

     Ödəniş alan da məsul, verən də məsuldur. Hz Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur:

     "Qurani-Kərim'i tilavət edin. Lakin qarşılığında ödəniş alıb mənfəət təmin etməyin."

Tirmizinin İmran b. Husayn'dan rəvayət etdiyi:

"Qur'an oxuyan onunla Allah'dan istəsin. Çünki bir sıra insanlar gələcək, Qur'anı oxuyacaqlar və onunla insanlardan mənfəət təmin edəcəklər." (Sünən-i Tirmizi, (Misir, 1975 (I395) VI / 79 (K.46 B. 20 H. 2917) Şövqani, a.k.ə. V / 322; eyni, a.k.ə. XN / 96.)

"Qur'an-ı Kərimi oxuyun, onunla əməl edin; ondan əsla uzaqlaşmayın, onun haqqında həddi də aşmayın; onun tilavəti qarşılığında ödəniş alıb verməyin, onunla dünya malını çoxaltma yoluna girməyin." (Əhməd b. Hənbəl, Müsnəd, Qahirə, I3l3. NI / 428.)

Ancaq Hənəfi məzhəbinin son alimləri azan, imamət, vəz və Qur'an-ı Kərim öyrətmək müqabilində ödəniş almağa icazə verin və haram olmadığını söyləyiblər. Çünki ödəniş müqabilində müəyyən kimsələrə bu vəzifə verilməsə, vəzifə çatışmazlığı olacaq və İslam şəriətinin ortadan qalxmasına gətirib çıxaracaq. (Əl-Fiqh "alal-Mezahib əl-Ərba'a, III / 127; Rəsail İbni Abidin, s. 158-171)

Digər Kateqoriyalar

2025 © Azervoice