Bakı, AzerVoice
İslam tövhid dinidir və insandan Uca Allaha yönəlməyi və yalnız ona ibadət etməyi tələb edir. Toxunmaq istədiyimiz məsələ "Allahdan başqasına səcdə etmək" barədədir.
İslamda Peyğəmbərin yoldaşları olan səhabələr Peyğəmbərə olan sevgilərinin yüksək səviyyədə olması səbəbilə ona “Sənə səcdə edəkmi?” sualına qarşı Peyğəmbər buna icazə verməmişdi.
Əgər onlara izin versəydi, ona hörmət səcdəsi edərdilər. İbadət səcdəsi deyil. Necə ki, qardaşları Yusufa aleyhissəlam səcdə etmişdilər.
Ona görə də Peyğəmbərin qəbrinə ucaltma və təzim məqsədilə səcdə etmək qəti şəkildə qadağandır və bunun nəhy/qadağan olduğu insanlara öyrədilməlidir. Həmçinin, Peyğəmbərin qəbrinə doğru namaz da bunun kimidir.”
“Hədis: Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu:
“Allahım! Qəbrimi ibadət edilən büt qılma. Nəbilərinin qəbirlərini məscid edən qövmə Allahın qəzəbi (əzabı) şiddətli olar.”
Ərəblər bütlərə doğru namaz qılar və ona ibadət edərdilər. Rəsulullah, ümmətinin keçmiş ümmətlərin etdiyini təkrarlamasından ehtiyat etdi. Belə ki, onlar, peyğəmbərləri öldüyü zaman bütlərlə rəftar etdikləri kimi, onun qəbri ətrafında ibadət edirdilər.
Rəsulullah səhabələrini və ümmətindən olan digərlərini, özündən əvvəlki ümmətlərin etdikləri pis əməllərdən çəkindirmişdir. O ümmətlər ki, Nəbilərinin qəbirlərinə doğru namaz qılar, qəbri qiblə və məscid edərdilər. Necəki. Bütpərəstlər səcdə edib böyütdükləri bütlərinə bunu edirlər. Bu böyük şirkdir.” (İbn Abdil Bərr: Ət Təmhid: 5/45, 1387/ 1967)
“İnsanlar ittifaq etdilər: Təzəllül (zillət) və təzim məqsədilə bütə səcdə etmək küfrdür. Əgər belə bir şey oğul və ata arasında olsa və yaxud övliyalara və alimlərə olsa və bununla təzim və təzəllül qəsd edilsə, bu, küfr olmaz.
Buradakı fərqi anlamaq çətindir. Əgər sən desən ki, ataya və alimə səcdə etməklə qəsd edilən şey Uca Allaha yaxınlaşmaqdır və bu səbəbə görə küfr olmaz, mən deyərəm ki, bütlərə səcdə də belə idi. Onlar deyirdilər: “Biz onlara, ancaq bizi Allaha daha da yaxınlaşdırsınlar deyə ibadət edirik.” (Əz Zumər: 39/3) Bu səcdəylə Uca Allaha yaxınlaşmağı qəsd etdiklərini açıq şəkildə ifadə edirdilər.
Əgər sən desən ki, Uca Allah atalara və alimlərə təzimi əmr etmiş, lakin bütlərə təzimi əmr etməmiş, əksinə bunu qadağan etmişdir ki, bu səbəblə bu əməl küfrdür, mən deyərəm ki, əgər bu iki haldakı səcdə, məfsədət/zərər baxımından eyni qəbul edilsə, Allahın adətində “bəzi yerlərdə küfr olan” şeyləri əmr etmək muhaldır/imkansızdır. Çünki, Uca Allah buyurur: “Qulları üçün küfrə razı olmaz” (Əz Zumər: 39/7). Bunun mənası budur ki, tərkibində küfrün fəsadı olan felə icazə verilməz və bu təşri edilməz. Həmçinin belə deyilməz: “Uca Allah bunu atalar və alimlər haqda təşri edib, bütlər üçün etmədi.
Alimlərin Böyük əksəriyyəti bütə təzəllül və təzim məqsədilə səcdə edilməsinə qəti şəkildə icazə vermirlər. Çünki bu küfr olaraq qəbul edilir. Valideynə, vəlilərə, alimlərə təzim məqsədilə səcdə isə hər nə qədər qadağan edilsə də küfr sayılmaz. Ümumiyyətlə alimlər, edilən səcdədə niyyəti əsas götürürlər. Nəyə səcdə edilirsə edilsin, əgər onun ilah və ya Uca Allahın şəriki olduğu etiqadıyla edilərsə əlbətdəki bu küfr olar və bunda şübhə yoxdur.